2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident Yevlax rayonuna gedib

Azərbaycan prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin açılışında iştirak edib.O, yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov deyib ki, yolun bu hissənin uzunluğu 16,5 kilometrdir. Yol üçüncü texniki dərəcədən ikinci texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə əsasən, yol iki hərəkət zolağından ibarətdir.

Tikinti işləri nəticəsində yol yatağının eni 12 metrdən 15 metrə qədər genişləndirilib.

Daha sonra məlumat verilib ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bu hissəsində Kürəkçay üzərində biraşırımlı körpü və digər infrastrukturlar yaradılıb.

Prezident İlham Əliyev Yevlax rayonunda Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun açılışında da iştirak edib.

Bu yolun uzunluğu isə 18 kilometrdir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button