Loading...
Loading...
Manşet

Prezidentdən Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə bağlı SƏRƏNCAM

Aprelin 20-də Azərbaycan Respublikasının Vergilər NazirliyiAzərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” Razılaşma Protokolu imzalanıb.

24saat.org DGK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, məqsəd üçüncü şəxslər üçün mal idxal edən şəxslərin qanunvericiliyə əməl etməsi, vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi və sahibkarlıq subyektləri arasında rəqabət mühitinin qorunmasını təmin etməkdir.

Razılaşma Protokolunda Azərbaycan Respublikasında davamlı iqtisadi siyasətin və islahatların həyata keçirildiyi, o cümlədən irimiqyaslı konsepsiyaların, sosial, iqtisadi strategiyaların və proqramların qəbul edildiyi, eləcə də mövcud islahatlar fonunda vergidən yayınma hallarının aradan qaldırılması və büdcə daxilolmalarının tam həcmdə və vaxtında yığılmasına nail olmaq məqsədilə iqtisadi münasibətlərin şəffaflaşdırılmasının, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməsinin və könüllü əməletmə səviyyəsinin artırlımasının ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu vurğulanıb.

Eyni zamanda, üçüncü şəxslər üçün mal idxal edən şəxslərin idxal əməliyyatlarına nəzarət edilməsinin vergi öhdəliklərinin düzgün müəyyən edilməsi məqsədilə idxal olunmuş malların faktiki sahibləri barədə məlumatların əldə edilməsinin, o cümlədən vergitutma obyektərinin uçotunun şəffaflaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin uçotunun təmin eidlməsinin vacibliyi bəyan edilib.
Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrasına yaxın günlərdə başlanılacaq.

Bundan başqa, Prezident İlham Əliyev ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük KomitəsiVergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun sayılıb.

Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə birgə nəzarətlə əhatə olunacaq prosedurların siyahısına və mexanizminə dair təkliflərini bir ay müddətində prezidenti təqdim etməlidir.

Gözdən qaçırmayın:  Rusiyalı turistlər Türkiyədə ilişdi: kartlar bloklanıb, otellərə borcu ödəmək olmur

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button