2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prezidentdən əhaliyə ŞAD XƏBƏR

Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir.

24saat.org xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib.

Prezident bildirib ki, Cocuq Mərcanlı kəndi qısa müddət ərzində yenidən qurulacaq.

Saytların yığılması Saytlarin yigilmasi

“Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Özlərini mədəni xalq kimi təqdim etməyə çalışanların hansı vəhşiliklər törətdiyi əyani şəkildə görünür.

Cocuq Mərcanlıda infrastruktur yaradılmalı, yollar, elektrik, qaz, su xətləri çəkilməli, məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. Birinci mərhələdə 50 ev tikiləcək. Orada yaşayacaq insanlar üçün iş yerləri də açılmalıdır”, – prezident çıxışında bildirib.

axar.az

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button