2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Prezidentdən məmurlara CİDDİ TAPŞIRIQ: “Dərhal yerinə yetirilsin!”

“Prezident tərəfindən verilən tapşırıqlar sürətlə yerinə yetirilməlidir”.

BiG.AZ xəbər verir ki, bu sözləri ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin əhəmiyyətini şərh edən millət vəkili Asim Mollazadə deyib. Millət vəkilinin sözlərinə görə, yol xəritəsində təsdiqini tapan əsas istiqamətlər sürətlə reallaşdırılmalı və hər bir məmur öz vəzifəsinin öhdəsindən layiqincə gəlməlidir:

“Prezident tərəfindən verilən tapşırıqlar sürətlə yerinə yetirilməlidir. Mənə elə gəlir ki, Azərbaycan iqtisadiyyatının şaxələnməsinə məmurlar çox çevik reaksiya verməllidir, tapşırıqlar mütləq vaxtı-vaxtında yerinə yetirilməli və ölkə iqtisadiyyatına bir neçə istiqamətdə ciddi dəstək göstərilməlidir. Xüsusilə də kənd təsərrüfatı, orta və xırda sahibkarlığın fəaliyyəti əsas prioritet sahələrdir. Hesab edirəm ki, hazırda bu istiqamətdə ciddi işlər gedir. Bu işlər ölkə üçün çox mühüm olan yol xəritəsinin icrası ilə bağlı olan məsələlədir”. (axar)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button