2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Prezidentin icra başçıları qarşısında qoyduğu tələb nəzarətdə saxlanılır”

Elman Məmmədov: “Kimin nə iş gördüyü ilə bağlı hesabatlar alınır”

Ötən il ölkə başçısının icra başçıları qarşısında qaldırdığı məsələlərdən biri rayonlara investisiya qoyuluşunun təmin edilməsi, sahibkarların fəaliyyəti üçün daha optimal şəraitin yaradılması oldu.
Maraqlıdır, prezidentin məlum tələbi yetərincə diqqətdə saxlanılırmı? İcra başçılarının bu göstərişə əməl edib-etmədiyi, yaxud hansı səviyyədə əməl etdiyi yoxlanılırmı?

Saytların yığılması Saytlarin yigilmasi

 
24saat.org-a açıqlama verən millət vəkili Elman Məmmədov bu məsələnin Prezident Administrasiyası tərəfindən nəzarətdə saxlanıldığını qeyd edib:
“Bu tapşırıq, bu göstəriş, bu tələb cənab prezient tərəfindən icra başçıları qarşısında qoyulub. Bu tələbin necə yerinə yetirilməsi, necə icra edilməsi müvafiq qurumların, xüsusilə də Prezident Administrasiyasının nəzarətindədir. Vaxtaşırı onlardan hesabatlar alınır. Kimin nə iş gördüyü, hansı icra başçısının bu tələbi hansı səviyyədə yerinə yetirildiyi diqqət mərkəzində saxlanılır. Bir sözlə, bu məsələ diqqət mərkəzindədir və gərəkli nəzarət həyata keçirilir”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button