2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər

Azərbaycan mediasında baş verən son proseslər bu sahəyə cavabdeh olan şəxsin vəzifəsini itirməsi ilə nəticələnir

Prezidentin köməkçisi, Prezident Administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov vəzifəsi ilə vidalaşır.

24saat.org-a daxil olan məlumarda bildirilir ki, Əli Həsənov tutduğu vəzifədən azad edildikdən sonra indiyədək etdiyi xidmətlər nəzərə alınaraq dövlət televiziyası olan “Azərbaycan Televiziya və Radio Verilişləri” (AZTV) QSC”yə sədr vəzifəsinə göndərilr.
Bildirilir ki, son günlər Azərbaycan mediasında ölkənin xarici siyasətinə təsir edəcək səhvlərin buraxılması, xüsusilə də prezidentin çıxışının təhrif edilmiş formada yayılmasına görə qapadılmış ən böyük media holdinq APA-nın bağlanması kimi hadisələr media siyasətinə cavabdeh şəxs kimi Əli Həsənovun sonunu gətirib.
Prezident Administrasiyası daxilində xeyli vaxtdır Əli Həsənovun nüfuz dairəsini azaltmağa çalışan qüvvələr yaranmış vəziyyətdən istifadə edərək, onun işdən uzaqlaşdırılmasına səy göstərirlər. Ancaq, iqtidar daxilində parçalanma görüntüsü yaranmaması və indiyədək etdiyi xidmətləri nəzərə alınaraq, illərdir ölkə başçısının faktiki sözçüsü kimi fəaliyyət göstərən Əli Həsənova AZTV sədri vəzifəsi “hədiyyə” edilir.
Qeyd edək ki, Arif Alışanova qarşı milyonlarla dəyərində dələduzluq edilməsi və sui-qəsd cəhdi ilə bağlı məhkəmə prosesi ötən həftə başa çatıb. Məhkəmə prosesi zamanı büdcədən maliyyələşən dövlət televiziyasının rəhbəri olan Arif Alışanovun milyonlara necə sahib olması barədə suallar ictimaiyyətdə müzakirə mövzusuna çevrilib. Həmçinin təqsirləndirilən şəxs Arif Alışanova qarşı cinayət ittihamı səsləndirərək, onun Şamaxıda bir qızı öldürməsi barədə çıxışlar edib.
Arif Alışanovun vəkilləri bu iddianı “cəfəngiyyat” adlandırsalar da, məsələ cəmiyyətdə böyük rezonansa səbəb olub.
Bütün bu proseslərin fonunda Arif Alışanovun yaxın vaxtlarda işdən azad ediləcəyi mediada dəfələrlə yazılıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button