2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Prezidentin köməkçisi ABŞ-la münasibətlərdən danışdı

«Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, biz düşünürük Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var».

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

N.Məmmədov bildirib ki, bunun ən mühüm sübutlarından biri kimi Donald Trump-ın Azərbaycan prezidentinə son iki həftədə iki məktubunu göstərmək olar.

«Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür», – deyə o vurğulayıb

Bir müddət əvvəl Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika zirvəsinin keçirildiyini xatırladan N.Məmmədov ABŞ prezidentinin zirvədə mühüm nitq söylədiyini bildirib:

«O, çıxışında bundan sonra ABŞ-ın dünya ölkələri ilə əməkdaşlıq prinsiplərini ortaya qoydu. Biz bu prinsipləri bəyənirik. Neçə illərdir, deyirik ki, münasibətlərdə bu prinsiplər əsas götürülməlidir. Bu prinsiplərə əməl edilsəydi, bugünkü gərginlik də olmazdı. Ölkələr arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri daha uğurla davam edərdi. Düşünürəm ki, belə bir perspektiv var, biz də bu perspektivlərlə bağlı lazımı addımlar atırıq».

ABŞ prezidenti D.Trump həm 28 May -Respublika günü ilə, həm də Bakıda keçirilən XXIV Beynəlxalq Neft və Qaz Sərgisi ilə bağlı Azərbaycan prezidentinə məktub göndərib. Məktubda ABŞ-ın Azərbaycanla əməkdaşlığa önəm verdiyi bildirilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button