24saat.org Prezidentin köməkçisi: "Seçkiləri elə səviyyədə keçirməliyik ki, beynəlxalq aləmdə yüksək qiymətləndirilsin" - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Prezidentin köməkçisi: “Seçkiləri elə səviyyədə keçirməliyik ki, beynəlxalq aləmdə yüksək qiymətləndirilsin”

“Biz yerlərdə monitorinqlər keçiririk. Yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar verilib ki, təbliğat-təşviqat tədbirlərinin keçirilməsi üçün yerləri müəyyən etsinlər və siyahıları mətbuatda dərc etsinlər”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyev bildirib.

Z. Nağdəliyev seçici siyahılarının daim diqqət mərkəzində olduğunu söyləyib: “2008-ci ildə 500 seçki məntəqəsində veb-kameralar quraşdırıldı. Təəssüf ki, veb-kameraların quraşdırılmasını seçicilərin iradəsinə təzyiq kimi qiymətləndirən qüvvələr də oldu. Artıq iki seçkini məntəqələrdə 1000 veb-kameranın tətbiq olunması ilə keçirmişik. Səslərin hesablanması zamanı kameralar həmin yerə tuşlanır. Seçkiləri elə yüksək səviyyədə keçirməliyik ki, beynəlxalq aləmdə də yüksək səviyyədə qiymətləndirilsin “.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.