2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Prezidentin müşavirəsindən sonra Tahir Kərimov niyə çıxarıldı? – İlginc məktub

Salyanın sabiq icra başçısı Tahir Kərimov barəsində yazımızdan sonra 24saat.org-un elektron poçtuna ilginc bir məktub daxil olub. Məktubda eks-başçının vəzifədən niyə uzaqlaşdırılmasının səbəbləri açıqlanıb.

Müəllif yazır ki, Tahir Kərimov işlədiyi dönəmdə, təxminən fevralın əvvəlində prezident icra başçılarını paytaxta toplayıb müşavirə keçirmişdi: “Ölkə başçısı tapşırmışdı ki, icra başçıları rayonlarda yeni iş yerləri açsınlar.

Bu görüşdən sonra Tahir Kərimov Salyanda hər gün ən azı gecə yarısına qədər toplantılar keçirir, rayonun imkanlı adamlarının, düşünən beyinlərin fikirlərini öyrənirdi. O, rayonda nəyi necə edə biləcəklərini müzakirə edirdi”.

Saytların yığılması Saytlarin yigilmasi

Məktubda qeyd olunub ki, fevralın 5-də fövqəladə hallar naziri Kamaləddin Heydərov Salyanda əhali ilə qeyri-rəsmi görüş keçirir: “Yerli sakinlərə hər cür dəstək olacağına vədlər verir, yeni iş yerlərinin açılmasında “siz səy göstərin, biz də dəstək verək” deyir. Yəni, prezidentin müşavirəsindən sonra Salyanda hərəkətlənmə yaranmışdı.

Əgər Tahir Kərimov işində qalsaydı 1 ilə, yəni 2017-ci ilin mayınadək rayonda real istehsal emal və digər sahələri əhatə edən 2000 min nəfərlik yeni iş yerinin açılmasına nail olacaqdı. Buna dair rentabelli biznes planı hazırlanmasına tapşırıq vermişdi. Həmin biznes planı bu gün hazır vəziyyətdədir”.

Sabiq icra başçısı barədə yazıda əlavə olunur ki, 2000 min nəfərlik yeni iş yerlərinin gerçəkləşməsi üçün cəmi 300 min manat investisiya qoyulacaqdı:

“Bu da indiki dövrdə belə layihələrə xərclənən vəsaitin heç 10 faizi deyildi. Bu 2000 min nəfərlik yeni iş yerlərinin açılacağı söhbəti Kərimovun rəqiblərini çox narahat etdi. Yəni bu iş baş tutacağı halda Tahir Kərimov prezidentin gözündə yüksələ bilərdi.

Ona görə onun müxtəlif yerlərdə “vurulması” tapşırığı verildi. Bu kampaniya üçün vəsait xərclədilər, böhtanlar atdılar, sonda heç sübut da edə bilmədilər. Tez-tez yazırlar ki, guya onun Salyanda villası var.

Salyanda adicə rəis müavininin 5 villası var. Niyə yazmırlar ki, deputat Əliağa Hüseynov rayonun icra başçısı olanda yeni açılan Ələt-Astara yolunun kənarında 2000 ha torpaq alıb, indi yavaş-yavaş satır”.

Məktubda bildirilir ki, Ə.Hüseynov Bakıdan Salyana gələndə Kür çayının üstündəki körpünün solunda 8 ha ərazidə yerləşən keçmiş 5 idarənin 7-ə yaxın inzibatı binasıyla birlikdə bütöv bir şəhəri alıb.

Başqa rəislər, başçılar hektarlarla ərazilər alıb, özünə şəhər salıblar, bunları dilə gətirən yoxdu. Fakt ondan ibarətdir ki, Tahir Kərimov Salyanda gəlib keçmiş 5 icra başçısından daha çox iş görüb.

Bunlardan ən önəmlisi Salyanla Babazanlının əsrlər boyu olan problemi – Kür çayı üzərindəki tikilən yeni körpüdür. Və 1 ilə 2 minlik iş yeri açsaydı çoxu utandığından başını yerə soxacaqdı. Buna görə də onu “vurdular”!

Əgər bu gün Tahir Kərimov təkrar Salyanda və yaxud başqa bir rayonda icra başçısı olarsa, həmin 2 minlik iş yeri qısa müddətdə reallaşa bilər”.

Xatırladaq ki, 24saat.org Tahir Kərimovun Salyandakı obyektlərinin əlindən çıxdığını yazmışdı. Sabiq icra hakiminin rayondakı restoranlarına və parniklərinə nəzarət başqasının əlinə keçib.

T.Kərimovun salyanlı deputat Əliağa Hüseynova uduzmasından sonra rayondakı biznesi əl dəyişib. Hazırda Salyanda əsas söz sahibi və biznes imperiyası Ə.Hüseynova aid olduğu bildirilir.

Onu da demək lazımdır ki, vəzifədə olduğu dövrdə onun “torbasını tikən” bəzi adamlar olub. Həmin şəxslər indi də vəzifə tutur.

Onun Gül bayramına aid illər əvvəl çəkilmiş şəkli qəfildən müəmmalı şəkildə ortaya çıxarıldı və tirajlandı. Sosial şəbəkələrdən tutmuş ANS telekanalına qədər bu məsələ şişirdildi.

T.Kərimovun gedişini istəyən qüvvələr məhz kampaniya şəklində bu məsələni körüklədilər. Halbuki, bir neçə il qabaq çəkilmiş o fotonun birdən meydana çıxması mümkün deyildi.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button