2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Prezidentin “Sputnik”ə müsahibəsinin sirri: Paşayevlərin referendum zəfəri və 2018-də köhnə qvardiya səhnədən gedir

26 sentyabr referendumu iqtidarın ənənəvi klanı və köhnə qvardiyası üzərində tam qalibiyyətlə başa çatdı. AnaXeber.Az yazır ki, hakimiyyət bölgüsündə merkantil və siyasi arsenalda gedən çəkişmələr reformist və Qərbmeyilli təsiri bağışlayan qanadın zəfəri ilə yekunlaşdı.
Azərbaycan mediasının Bakı-Şirvan klanı yaxud Paşayevlər qruplaşması adlandırdığı güc referendum ideyasının meydana gəlməsi, gerçəkləşməsi və vitse-prezidentlik institutunun təsisatı ilə iqtidarın bölüşdürülməsində böyük bir siyasi inhisarçıya çevrildi.
Mətbuatın “qocalar evi” kimi təqdim etdiyi Nazirlər Kabineti ənənəvi klanın, yəni medianın illərdir ki, Naxçıvan qruplaşması adlandırdığı birləşmənin dayaq nöqtəsi idisə, yeni yaranan vitse-prezidentlik institutu ona alternativ sayılırdı.
Kəsəsi, referendum təkcə Konstitusiyaya əlavə və dəyişikliklər yox, həm də hakimiyyətə əlavə və dəyişikliklər idi. Bu dəyişiklik Paşayevlərin qələbəsini tam təmin etdi və iqtidar sarayında böyük qapılar açıldı.
***
Prezidentin vitse-prezidentlərin təyinatını yubatması səbəbinə toxunmazdan əvvəl bir neçə ay qabaq “Sputnik”ə verdiyi müsahibəni xatırlamaq yerinə düşər.
AnaXeber.Az yazır ki, dövlət başçısı növbədənkənar prezident seçkiləri olmayacağını rus mediasının tribunasından əminliklə bəyan etmişdi.
Prezident İlham Əliyev bildirmişdi ki, 2018-ci il prezident seçkilərində namizədliyini irəli sürməsi də dəqiqləşməyib. O, bunu zamanın göstərəcəyini demişdi.
Zaman da göstərdi ki, 1-ci vitse-prezident postunda ölkənin birinci ledisi, millət vəkili və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təyin olundu.
Bu post prezidentliyə bərabərdir və M.Əliyeva onun səlahiyyətlərini ölkədə olmadığı və ya səhhətində problemi yarandığı zaman icra edə bilər.
Bununla baş nazir Artur Rasi-zadə bir yana qalsın, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin lideri olduğu Naxçıvan qruplaşması referendumdan hakimiyyət bölgüsündə məğlub çıxdı.

Belə demək olarsa, de-fakto köhnə qvardiya tam zəiflədildi. İqtidar Paşayevlərin iqtidarındadır. Prezidentin “Sputnik”ə dedikləri isə ehtimal yaradır ki, 2018 yolu açılan Bakı qruplaşmasının gələn il keçiriləcək seçkilərdə böyük şansı var.
İ.Əliyevin söylədiyi kimi, namizədliyini verməyə bilər və bu halda M.Əliyevanın prezident seçilməsi mümkündür. Çünki onun həm ölkə daxilində, həm beynəlxalq aləmdə siyasi nüfuzu var, islahatçıdır, təcrübəlidir, xalq tərəfindən dəstəklənir, Qərb ölkələrinin prezidentləri ilə görüşlərdə, beynəlxalq konfranslar çıxışları ilə böyük siyasi xadim kimi özünü təsdiqləyib. Üstəlik, ilk qadın prezident kimi Azərbaycan tarixində qala bilər.
AnaXeber.Az yazır ki, onun xidmətləri danılmazdır: məktəblərin, bağçaların, müalicə mərkəzlərinin tikintisində əvəzsiz əməyi, aztəminatlı ailələrə, qocalar evinə, körpələr evinə, internatlara xüsusi həssaslığı, Fondun prezidenti kimi ona müraciət edən vətəndaşların problemlərini həll etməsi, Nazirlər Kabinetinin görəcəyi işləri həyata keçirməsi reformist siyasi lider kimi ona böyük rəğbət qazandırıb.

Beləliklə, 2018 seçkilərində yeni prezident seçilə bilər. Hətta siyasi müxalifətin də birinci lediyə münasibəti loyaldır və onun fəaliyyətini təqdir edir. Bu halda ənənəvi – Naxçıvan qruplaşmasının mərhələli şəkildə hakimiyyətdən uzaqlaşdırılması projesi reallaşıb.
Amma o da istisna deyil ki, ənənəvi klan revanş götürə bilər və təzədən toparlanar. Nəzərə almaq lazımdır ki, illərlə iqtidarın aparıcı qanadı olmuş bu qruplaşmanın böyük gücü var və heç də asan təslim olmur.
Mənzərə ondan ibarətdir ki informativ-ideoloji dəstək var və prezident idarəetməni sadələşdirmək planının icrasını Paşayevlərə tapşırıb.
Bu isə hakimiyyət strukturları arasında əsas koordinasiya işinə məsul olan şəxs kimi Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin mövqelərini zəiflətməyə xidmət edir.
AnaXeber.Az yazır ki, Bakı qruplaşmasının iqtisadi üstünlüyü də göz qabağındadır: banklar, holdinqlər, plazalar, iri korporativ layihələr, bahalı elitar hotellər və restoranlar, turizm bölgələrində Qərbsayağı dizayn, bu klan üzvlərinin Avropa və ABŞ təhsilli olması, kadrların əksəriyyətinin gənclərdən təşəkkül tapması diqqət çəkir.

Saytların yığılması Saytlarin yigilmasi

Ramiz Mehdiyev və komandasının rəqiblərini zəiflətməsi də məhz seçkilərdən sonra baş verib. PA rəhbəri bu dəfə də seçki prosesini nəzarətə götürməyə cəhd elədi. Lakin Paşayevlərin səyləri nəticəsində bu baş tutmadı.
Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Metropoliten QSC, Bakı Nəqliyyat Agentliyi, ASAN Xidmət, Dövlət Sərhəd Xidməti, müxtəlif komitələr və icra başçıları Paşayevlərin nəzarətindədir.
Son təyinat göstərdi ki, Paşayevlər daha güclü çıxdılar. Artıq hakimiyyət daxilində ən güclü qruplaşmanın Paşayevlər olduğu növbəti dəfə sübuta yetirildi.
Bu baxımdan, prezident vitse-prezidentlər təyin edərkən Naxçıvan klanının maraqlarını nəzərə alacaq. Ancaq artıq situasiya tamam fərqlidir. 2018-ci ilə qədər Paşayevlər möhkəmlənəcəklər.
AnaXeber.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button