2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Prezidentin yeni Fərman və Sərəncamları ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir

Bakı/20.12.21 Prezident İlham Əliyev 2022-ci il yanvarın 1-dən müxtəlif müavinət və təqaüdlərin artırılmasını nəzərdə tutan sərəncamlar imzalayıb.

Belə ki, yaşa görə müavinət ölçüsü 130 manatdan 180 manata, birinci qrup əlilliyə görə müavinət 150 manatdan 200 manata, ikinci qrup əlilliyə görə müavinət 110 manatdan 120 manata qədər artırılır.

18 yaşa qədər sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinət 150 manatdan 200 manata, ailə başçısının itirilməsinə görə müavinət 80 manatdan 100 manata qədər artırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Müddətli hərbi xidmətdə olanların uşaqlarına verilən müavinət 100 manatdan 120 manata qədər artırılıb.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum qalmış uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinət 100 manatdan 120 manata qədər artırılıb.

Bundan başqa, bir yaşadək uşağı olan aztəminatlı ailələrə verilən müavinət 55 manatdan 70 manata, övladlığa uşaq götürənlərə ödənilən müavinət 160 manatdan 200 manata, 18 yaşadək sağlamlıq imkanları məhdud uşağı övladlığa götürənlərə ödənilən müavinət 480 manatdan 600 manata, uşağın doğulmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata, dəfn üçün birdəfəlik müavnət 300 manatdan 350 manata qədər artırılıb.

Bundan başqa, dövlət başçısı beşdən çox uşağı olan qadınların müavinətini 55 manatdan 70 manata qədər artırıb.

Bununla yanaşı, birinci qrup əlillərə və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara qulluq edən şəxslərə verilən prezident pensiyasının ölçüsü 50 manatdan 80 manatadək artırılıb.

Prezidentin daha bir fərmanı ilə bütün səviyyələrdə təhsil alan tələbələrin (orta ixtisas məktəbləri, ali məktəblərin bakalavriat və magistratura səviyyələri), habelə doktorantların təqaüdləri 20% artırılıb.

Fəxri adlara görə təqaüdün ölçüsü 150 manatdan 180 manata və 100 manatdan 120 manata qədər artırılıb.

Ümumilikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, müavinət və təqaüdlərin artımı ümumilikdə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. -05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button