2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Problemli kreditləri kim qaytaracaq?

Nemət Əliyev: “Heç bir halda vətəndaşın maliyyə yüklənməsindən söhbət gedə bilməz”

Saytların yığılması Saytlarin yigilmasi

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli kreditlərlə bağlı danışıb. T.Kərimli bildirib ki, manatın devalivasiyasında xalqın, kredit götürənlərin heç bir günahı yoxdur.

Deputat deyib ki, amma nədənsə manatın qiymətdən düşməyinin əziyyətini ancaq xalq çəkir: “Ona görə mən təklif edirəm ki, bunun üçdə birini hökumət, banklar və vətəndaşlar öz öhdəsinə götürsün. Mənə elə gəlir ki, bu, dövlətimizin etimadını daha da yüksəldə bilər”.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, kreditlərlə bağlı mövcud durumda hökumətin hansı addım atacağını konkret şəkildə demək çətindir. Ekspert deyir ki, vəziyyətin belə olmasında vətəndaşların heç bir günahı yoxdur:

“Belə çətin vəziyyətin yaranmasında günah hökumət və banklarındır. Banklar yüksək faiz tətbiq etməklə əhalini müflis vəziyyətə gətirib. Hökumət dolayı yolla onu əhalidən çıxaracaq.

Lakin əhalinin də heç nəyi olmadığı üçün kreditlərin ödənilməsi məsələsi uzanacaq. Əslində, çox çətin bir vəziyyət yaranıb. Lakin heç bir halda vətəndaşın maliyyə yüklənməsindən söhbət gedə bilməz”.

Ekspert bank sisteminin çökdüyünü, ümumdaxili məhsulun 2 ildə yarıdan çoxunun itirildiyini söyləyir. Kreditlərin qaytarılması yollarından danışan Nemət Əliyev, nazirlərin, komitə sədrlərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyir. Ekspertin fikrincə, müvafiq qərara imza atan şəxslər yüksək məbləğdə cərimə olunsalar, həmçinin, banklar da bundan kənarda qalmasalar, vəziyyəti müsbətə dəyişmək olar:

“Dövlət Neft Fondu öz vəsaitindən qaytarılmaq şərtiylə borc verə bilər. Bankların maliyyələşməsi üçün onlara aşağı faizlə maliyyə vasaiti verilməlidir. Banklar da bu vəsaitləri yuxarı deyil, ağağı faizlə kreditə verməlidir. Belə olmasa, mövcud problemin çözülməsindən söhbət gedə bilməz”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button