2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Professor Adil Qeybulla Saleh Rüstəmova baş çəkib

Bakı/08.12.21 Həbsdə 33 gündür aclıq keçirən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin səhhəti çox ağırdır. Son bir neçə gündür o, hər gün 600 qramadək arıqlayır. Bu barədə Turan-a vəkil Bəıhruz Bayramov bildirib.

Müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla dekabrın 7-də Penitensiar Xidmətin Müalicə Müəssisəində Saleh Rüstəmli ilə görüşüb.

“Ona dəstək müalicəsi edilir. Bu müalicə onun səhhətinin bərpasına xeyli kömək edib. Xəstəlik tarixçəsinə baxdım. Müayinə və analizlərinin göstəriciləri bu gün həyatı üçün təhlükəli həddə deyil. Bərpa mülaicəsi xeyli effektini verib”, deyə o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Adil Qeybulla Saleh Rüstəmlidən aclığı dayandırmağı xahiş edib. “Mən həkim kimi aclığı dayandırmasını xahiş etdim. Ancaq qərarı o verir. Biz onun qərarına qarışa bilmərik”, deyə Qeybulla sözünə davam edib.

O, Müalicə Müəssisəsinin həkimləri birgə konsilium da (məşvərət) edib.

Bu gün Saleh Rüstəmlinin qardaşı Taleh Rüstəmli onunla görüşüb. Onun sözlərinə görə, S.Rüstəmovun səhhəti çox ağırdır.

“Oynaqlarında kəskin ağrılar davam edir. İndi Salehin yanına başqa bir məhbus gətiriblər. O, qida qəbul edəndə Salehə pis təsir edir. Saleh gecələr yata bilmir”, deyə T.Rüstəmli qeyd edib. 

Onun sözlərinə görə, Saleh Rüstəmli 18 kiloqramdan çox arıqlayıb, çəkisi 69 kiloqramdan 51 kiloqrama qədər azalıb. 

* Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclıq aksiyasına başlayıb.

Saleh Rüstəmov Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən rayonun sərhəddə yerləşən kəndlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə Başkənd əməliyyatına rəhbərlik edən şəxslərdən biri olub. -06B06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button