2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Professor: “İki günlük sərtləşdirilmə çox məntiqsiz qərar oldu…”

“Hamı virusdan xəstələnəcək”.
Bunu Qaynarinfo-ya açqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, karantin şərtlərinin iki günlük sərtləşdirilməsi əslində çox məntiqsiz qərar oldu:
“Yay aylarında karantin tədbirlərinin sərtləşməyə doğru getməsi pis nəticə verə bilər. Çünki insanların bu istilərdə evdə oturması real görünmür. Yenə də hamı həyətə çıxacaq, yığışacaqlar bir yerə, çay içmək, nərd kimi oyunlar və s. Bu da virusa yoluxmaya yol açacaq. Ən yaxşı o olardı ki, insanlar sosial həyatlarına davam etsinlər, amma maska taxmaq, məsafə saxlamaq və s. qaydalara əməl etsinlər. Gərək şərt belə qoyulardı. Elan olunan rəqəmlər də real nəticədən daha yaxşıdır”.
Adil Qeybulla bildirib ki, bu gediş onu deməyə əsas verir ki, hamı virusdan xəstələnəcək: 
“Sadəcə olaraq, kimlər ki, özünü qoruyur, maska taxır, sosial məsafə gözləyir xəstəliyi yüngül keçirəcək. Amma özünü gözləməyənlər üçün xəstəlik ağır olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button