2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Professordan qızıl sözlər

Altay Göyüşövun FB statusu:

“Diktatura cəmiyyəti korlayıb, özünə oxşadır.

Saytların yığılması Saytlarin yigilmasi

Diktatura ədalətsizdir, qanunun aliliyi yoxdur, ona görə də diktaturada yaşayan insanlar da ədalətsiz olur.

Diktaturaya savadsız insan lazımdır, ona görə diktaturada formalaşanlar da savadsız, dar dünyagörüşlü olur.

Diktatura hakimiyyətini saxlamaq üçün əzazil, tərbiyəsiz olur, ona görə diktaturada formalaşan insan da əzazil və tərbiyəsiz olur.

Diktatura qalmaq üçün saxtakarlığa əl atır, ona görə də orada formalaşan insanlar da saxtakar olur.

Diktatura xalqdan oğurlayır, ona görə orada yaşayan xalq da ya bir-birindən, ya da imkan düşəndə oğru dövlətdən oğurlayır.

Diktatura yaltaqlığı, qorxaqlığı təlqin edir. Ona görə orada formalaşan əksər fərdlər də belə olur.

Diktatura uzun sürdükcə cəmiyyət üzvlərində də bu xüsusiyyətlər daha da dərinləşir.

İndi təsəvvür edin ki, diktatura birdən çökür. Təbii ki, orada formalaşmış savadsız, mədəniyyətsiz, ədalətsiz, saxtakar, tərbiyəsiz, yaltaq fərdlər özbaşına birdən-birə nümunəvi, ədalətli cəmiyyət qura bilməzlər, buna potensialları yoxdur.
Şimali koreyalılardan, türkmənlərdən, liviyalılardan diktaturadan sonra bir gündə nümunəvi cəmiyyət qurulmasını gözləmək sadəlövhlük olar.

Əksinə diktaturanın qorxusu çəkiləndə bütün bu pisliklər həmin cəmiyyətin üzvlərinin bir-birinə qarşı canavarlaşmasına gətirib çıxarır.

Amma diktatura da gec-tez çökür. Diktatura nə qədər uzun çəkibsə, onun insanlarda yaratdığı qüsurlu mentalitetin dəyişməsi də bir o qədər çətin olur. Ona görə o nə qədər tez çöksə, bir o qədər yaxşıdır.

Normal, qanunun aliliyini, ədalətli seçkini, təhsili, tərbiyəni, ləyaqəti təlqin edən sistem formalaşmalıdır ki, insanlar da sistemə uyğunlaşaraq müsbətlərə köklənsinlər, mentalitetləri dəyişsin.

Tərəqqi üçün azadlıq, dinc müzakirə, mübahisə, maariflənmə labüddür ki, diktatura ən böyük mübarizəsini də məhz onunla aparır, hər cür ifadəsini boğmağa çalışır. Azadlığnı ən böyük ölçüdə itirən cəmiyyət də ən pis korlananı olur.”

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button