Now Reading:
Prokuror dayısını necə müdafiə edir?

Laçın rayonu Minkənd kənd sakini Səfərov Cəlil Surxay oğlu Bərdə rayon sakini Füzuli Aslanovdan şikayətçidir. Redaksiyamıza müraciət edən vətəndaş Füzuli Aslanovun onun etibarından sui-istifadə edərək 137 min manat pulunun mənimsədildiyini bildirir.

Faktla bağlı yaşadığı ərazi üzrə Yasamal Rayonu Polis İdarəsinə müraciət edən Cəlil Səfərov araşdırmanın nəticəsindən də narazıdır. Onun iddiasına görə işdə Laçın rayonunun prokuroru Ceyhun Almasovun himayəsi var. Belə ki, prokuror Füzuli Aslanovun doğmaca dayısıdır. Həmin pulun bir hissəsi də Ceyhun Almasova verilib. Bunun müqabilində prokuror Cəlil Səfərova iş düzəltməli imiş.

Respublika Baş Prokuroruna müraciət edən Cəlil Səfərova verilən cavab da onu qane etmir. Həmin məktubda bildirilir ki, guya onun Füzuli Aslanova 15 min dollar borcu var və buna görə də sonuncu məhkəməyə müraciət edib.

Cəlil Səfərovun deməsinə görə Füzulinin ona borclu olması barədə xeyli şahidləri var. Dəfələrlə ağsaqqallar ona borcu xoşluqla qaytarmaq barədə bildirişlər də edib. Lakin Füzuli Aslanov borcu qaytarmaqdan əlavə Səfərova hədə-qorxu da gəlir.

Cəlil Səfərovla əməkdaşımızın söhbətini təqdim edirik.

Yazıda adı çəkilən digər şəxslərin mövqeyini də dərc etməyə hazırıq.

azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.