2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Prokuror general Rövşən Əkbərova 11 il azadlıqdan məhrumetmə cəzası istəyib

Bakı/13.10.21 Çərşənbə günü Bakı Hərbi Məhkəməsində Azərbaycan Silahlı Qüvvələrinin Bakı Korpusunun keçmiş komandiri general-leytenant Rövşən Əkbərovun işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib. O, məhkəmədən Əkbərovu adam öldürmə ittihamı ilə həbs etməyi istəyib.

General özü təqsirini etiraf etməyib və cinayət günü qətlin törədildiyi yerdə olmadığını bildirib. Növbəti iclas oktyabrın 22-nə təyin edilib. Bu iclasda müdafiə tərəfi çıxış edəcək.

Xatırladaq ki, söhbət 31 may 2001-ci il tarixində Kiyevdə “Sikora” restoranı qarşısında baş vermiş qətldən gedir. Rövşən Əkbərov və sahibkar Elçin Əliyev arasında mübahisə nəticəsində sonuncu bıçaqlanaraq öldürülüb. İstintaq materiallarına əsasən, Rövşən Əkbərov sərxoş vəziyyətdə olub.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, bütün bu illər boyunca həlak olan şəxsin doğmalarının çoxsaylı müraciət və şikayətlərinə baxmayaraq, hüquq-mühafizə orqanları bu cinayəti “unudublar”. Elə həmin illərdə Milli Qəhrəman adına malik olan Rövşən Əkbərov Azərbaycan Ordusunun Bakı Korpusunun komandiri vəzifəsinə və general-leytenant adına qədər yüksəlib.

İndiyədək Əkbərovun hakimiyyətin qəzəbinə gəlməsinin səbəbi müəmma olaraq qalır, amma qeyd etmək lazımdır ki, o, İkinci Qarabağ Müharibəsi ərəfəsində vəzifəsindən kənarlaşdırılıb. Qeyri-rəsmi məlumatlara görə o, çox qəzəblənib və rəhbərlikdən izahat tələb edib. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button