2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prokuror jurnalistə 8 il həbs cəzası istədi

Həbsdə olan jurnalist Fikrət Fərəməzoğlunun məhkəməsi yekunlaşır. Onun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində iyunun 2-də keçirilən məhkəmə iclasında prokuror çıxış edib. Dövlət ittihamçısı Fikrət Fərəməzoğlunun 3 il jurnalist fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulmasını, özünün də 8 il azadlıqdan məhrum edilməsini təklif edib.
Prokuror bildirib ki, Fikrət Fərəməzoğluya qarşı irəli sürülmüş hədə-qorxu ilə tələb etmə ittihamı məhkəmədə sübuta yetirilib.
Jurnalistin vəkilləri çıxış üçün vaxt istəyib. Məhkəmə iyunun 9-da davam edəcək.
Xatırladaq ki, Fikrət Fərəməzoğlu (İbişbəyli) 2016-cı il iyunun 30-da həbs olunub. O, müxtəlif restoran, iaşə obyektlərinin sahibləri və onları icarə əsasında işlədən adamlardan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
Jurnalist ittihamı qəbul etmir, “restoran”, adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə Daxili İşlər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin sifarişi ilə həbs olunduğunu bildirir.
Qeyd edək ki, bir neçə il əvvəl də Fikrət Fərəməzoğlu Daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında bir iş şərti azadlıqdan məhrum edilib.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button