2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prokuror Məmməd İbrahimə iş istədi

AXCP funksioneri 3 illik həbs cəzasından sonra daha 6 ay da həbsdə saxlanıla bilər

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barədə cinayət işinin məhkəmə istintaqı tamamlanıb. Üç il həbsdə saxlandıqdan sonra azadlığa çıxmasına iki gün qalmış onun haqqında yeni cinayət işi başlanıb. Yanvarın 8-də Suraxanı rayon məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror bildirib ki, M.İbrahimə qarşı Cinayət Məcəlləsinin 317-1.2 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsilə irəli sürülən ittiham məhkəmədə sübuta yetirilib. Onun fikrincə, bıçağın döşəyin içinə cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən qoyulması haqda M.İbrahimin dedikləri əsassızdır. Dövlət ittihamçısı iddia edib ki, M.İbrahimin cəzaçəkmə müəssisəsinin əməkdaşlarıyla münasibətləri normal olub, onlar belə addım atmazdılar. Prokuror çıxışının sonunda M.İbrahimə 6 ay 2 gün azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Bildirib ki, iki gün onun əvvəlki 3 illik cəzasından çəkilməmiş müddətdir.

M.İbrahimin vəkilləri Nazim Musayev və Cavad Cavadov isə Cinayət Məcəlləsinin 317-1.2 maddəsilə ona qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkillər prokurorun söylədiklərinə əks arqument olaraq deyiblər ki, cəzaçəkmə müəssisəsinin əməkdaşları onun haqqında əsassız bir xasiyyətnamə veriblər.

Xasiyyətnamədə onun Əli Kərimlinin müşaviri olmasını, sələfi təriqətinə meylli olmasını xüsusi vurğulayıblar. Bu da M.İbrahimə qarşı qərəzin göstəricisi sayıla bilər. Vəkillərin sözlərinə görə, M.İbrahimin döşəyinə bıçağın onu tapanların özləri tərəfindən atılması düşünməyə ciddi əsaslar var. Hətta belə deyilsə belə, həmin bıçağı orada Məmməd İbrahimin gizlətdiyini deməyə də heç bir sübut yoxdur. Çünki o döşəyi M.İbrahim üçün evdən gətirməyiblər, cəzaçəkmə müəssisəsinin əməkdaşları paylayıb.

M.İbrahimin döşəyindən bıçaq tapılması barədə protokolu hal şahidi qismində imzalamış məhkum Heydər İsgəndərov da məhkəmədə ifadə verib. Dindirmə zamanı məlum olub ki, hal şahidliyi edəndən sonra H.İsgəndərov həbsdən buraxılıb, onu məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüblər.

“Bu adam burada düzünü danışsa, onu yenə həbsxanaya qaytararlar. Mən isə bunu istəmirəm”, – deyə M.İbrahim bildirib.

Məhkəmə prosesi yanvarın 10-na qədər təxirə salınıb.

M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir.

O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. 2018-ci il sentyabrın 27-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 317-1.2 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi başlanıb. Yasamal Rayon Məhkəməsinin qərarıyla haqqında iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı istintaq təcridxanasında saxlanılır.

O, ittihamı qəbul etmir və bıçağın yatağına müəssisənin əməkdaşları tərəfindən atıldığını, məqsədin isə onun həbs müddətini uzatmaq olduğunu bildirir.

24saat.org yazını Meydan TV-yə istinadən xəbər verir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button