2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Prokuror Məşğulluq Xidmətinin əməkdaşlarına iş istədi

Sabiq direktorla mühasibi işsiz vətəndaşların müavinətini mənimsəməkdə təqsirli bilinirlər

Yanvarın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən sabiq direktoru Sayad Cavadzadənin və mühasibi Arzu Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, hər iki təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

İttihama görə, təqsirləndirilən şəxslər işsiz insanların adına ayrılan müavinətləri mənimsəyiblər. Belə ki, onlar Məşğulluq Mərkəzinə müraciət edən vətəndaşlara verilməli olan müavinətin az hissəsini onlara verib, qalanını isə mənimsəyiblər. Onların 60 min manatdan çox pulu mənimsədikləri bildirilib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 308.1. (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button