Prokuror Nurəddin Xocaya cəza istədi - 24 saat xəbərlər
Now Reading:
Prokuror Nurəddin Xocaya cəza istədi
Full Article 1 minutes read

Prokuror Nurəddin Xocaya cəza istədi

Baş redaktora şərti cəza verilməsi təklif edilib

Dövlət ittihamçısı Teref.info saytının rəhbəri Nurəddin İsmayılovun (Xoca) 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini təklif edib.

Prokuror çıxışında Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə, N.İsmayılov barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını istəyib.

Bizimyol.info xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttihama görə, N.Xoca Bakıda ötən il Mingəçevir Elektrik Stansiyasında baş vernən partlayış və həmin vaxt Gəncədə icra başçısının güllələnməsi barədə yazılar dərc edib. Ona vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, saytda dövlət əleyhinə açıq çağırışlar etmə əməlləri üzrə ittiham verilib.

Prokurorun çıxışından sonra təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov çıxışa hazır olmadığını deyərək, məhkəmədən vaxt istəyib.

Proses martın 19-dək təxirə salınıb.

Qeyd edək ki, ittihama münasibətində N.İsmayılov özünü təqsirli bilmədiyini, rəhbəri olduğu saytda yayımlanan informasiyaların heç birində dövlətə qarşı çağırış olmadığını deyib. O vurğulayıb ki, Gəncə hadisələri və Mingəçevir Elektrik Stansiyasında baş vernən partlayışla bağlı məlumatların böyük əksəriyyəti başqa saytdan götürülüb və istinadla dərc edilib deyə məsuliyyət daşımır.

Nurəddin Xoca Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri olub.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.