Now Reading:
Prokuror Saleh Rüstəmli və AXCP üzvlərinə cəza istəyib

Prokuror Saleh Rüstəmli və AXCP üzvlərinə cəza istəyib

Saleh Rüstımliyə 8 il, partiya  funksionerlərinə isə 7 il 6 ay həbs tələb edilir

1992-93-cü illərdə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmli üzvü olduğu AXCP-yə maliyyə yardımına görə 8 il 6 ay azadlıqdan məhrum edilə bilər. Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror onun belə cəzalandırılmasını istəyib.

S.Rüstəmlinin Rusiyadan göndərdiyi vəsaiti qəbul etməkdə təqsirləndirilən AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və partiyanın Nərimanov rayon şöbəsinin sədri, Qarabağ əlili Babək Həsənovun isə 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

S.Rüstəmlinin qardaşı oğlu Vidadi Rüstəmli və AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli də onlarla birlikdə mühakimə olunurdu.

Prokuror onlara isə şərti cəza verilməsini təklif edib.

Bu şəxslər qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə olunmuş vəsaitlərin yuyulması ittiham edilirlər. Prokuror bildirib ki, ittiham məhkəmə istintaqında şahid ifadələrilə, sənədlər sübuta yetirilib.

Təqsirləndirilən şəxslər və onların vəkilləri isə bu iddia ilə razılaşmırlar.

Vəkillər cinayət işindəki bir çox sənədin sübutlar siyahısından çıxarılıması, mobil operatorlar və başqa qurumlara sorğular göndərilməsi barədə vəsatətlər qaldırıblar. Bildirilib ki, bu şəxslər həbs olunandan dərhal sonra prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, onları məhkəmə hökmü olmadan onların cinayətkar olduğunu iddia edib. Bununla da onların təqsirsizlik prezumpsiyası hüququnu pozub.

Bundan başqa, təqsirləndirilən şəxslərdən telefonlarının şifrələrinin işgəncə altında alındığı əsas gətirilərək, həmin telefonlardakı məlumatların tədqiqi ilə bağlı ekspert rəylərinin də qanunsuz sübut sayılması istənilib.

Vəkil Fariz Namazlının sözlərinə görə, Saatlı Rayon İcra Hakimiyyəti bu rayonun sakini olan Ruslan Nəsirli haqqında verdiyi rəydə onun “yaxşı adam kimi tanınmadığını, destruktiv qüvvələrin mitinqlərində iştirak etdiyini” yazıb. Vəkil bu sənədin sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb.

Vəkillər bugünkü məhkəmədə 10-a qədər vəsatət qaldırsalar da, hakimlər heç birini təmin etməyib.

Məhkəmə prosesi fevralın 26-na təyin olunub.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq,  1998-ci ildən isə Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlini cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edib. İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin
Input your search keywords and press Enter.