Now Reading:
Prokuror şirkət rəhbərinə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesində prokuror çıxış edərək Məmməd Vəliyevin 6 il azadlıqdan məhrum edilməsini təklif edib.

Növbəti proses dekabrın 22 də davam edəcək.

Hadisə 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.Hadisə 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

“TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndiriliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Sadıqov və Z.Əşrəfov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilərək, onlara şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. N.Muxtarov saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat etdiyi üçün onun barəsində cinayət işinə isə xitam verilməsi barədə hökm çıxarılıb.
F.Sadıqov məhkəmə iclasında deyib ki, “TNH” şirkətinin rəhbəri deyil. O, “Astoriya” MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirərək, “TNH” şirkətinin gerçək rəhbərinin Məmməd Vəliyev olduğunu söyləyib. Həmin vaxtı isə Məmməd Vəliyev ölkəni tərk etmişdi. Məhkəmə onun prosesə məcburi gətirilməsi ilə bağlı qərar da çıxarıb.

M.Vəliyev CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə ittiham olunur.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.