2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Prokuror Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşları üçün real həbs müddəti istəyib

Bakı/15.12.21 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xarici İşlər Nazirliyinin İşlər İdarəsinin keçmiş müdiri  Fərhad Mollazadənin və Konsulluq İdarəsinin əməkdaşı Səlim Əlizadənin işi üzrə prosesdə dövlət ittihamçısının yekun çıxışı olub.

Prokuror hər iki müttəhimin 7 il müddətinə azadlıqdan məhrum olunmasını, onların barəsində ev dustaqlığı həbs qətimkan tədbirinin ləğv edilməsini və hər ikisinin məhkəmə zalında həbs olunmasını təklif edib.

Mollazadə və Əlizadə 2020-ci ilin mayında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs ediliblər.

Saytların yığılması Saytlarin yigilmasi

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

İstintaq zamanı Xarici İşlər Nazirliyinin fəaliyyətində qurum üçün satınalmaların həyata keçirilməsində maliyyə sui-istifadə halları aşkarlanıb. Sövdələşmələr saxta tenderlər yoluyla həyata keçirilib. -16d-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button