2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Prokurora demirsən, lap İlham Əliyevə de…”

Bu gün Qaradag rayonu Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş şəhərcikdə 2 – ci bina mənzil 60 da məskunlaşan QAT sədrinin müavini İlqar Əliyev Moderator.az – a yazılı muraciət edib.

Onun sozlərinə gorə dunən qızları Leyla və Fəridə qəfil sancılanıblar. Məlum olub ki, sözu gedən binanın su borusu çürüyüb əvəzində mazutlu boru ilə onu əvəzləyiblər. Nəticədə evlərə mazut qarışıq su gəlib, uşaqlar su içərkən zəhərləniblər. Yaranmış vəziyyət binada hamının narazılığına səbəb olub.

İ. Əliyev onu da bildirdi ki, bu gün Mənzil Kommunal Təsərrufatı Birliyinin rəisi Qabil Quliyevə bu məsələ ilə bağlı muraciət edib və lazımi orqanlara şikayət edəcəyini bildirib. Qabil Quliyevsə onu təhqir edərək “Prokurora demirsən, lap İlham Əliyevə de, heç kim yanımdan yel olub ötəmməz, deməyən lap alçağın oğludur” cavabı ilə İlqar Əliyevi xeyli pərt edib:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu məsələylə bağlı mənim baş prokuror Zakir Qaralova, Qaçqın və Məcburi Köçkünlərin İşi Uzrə Dövlət Komitəsinin sədri Əli Həsənova və Ölkə başçısına yazılı muraciətim olacaq. Doğrudanmı Qabil Quliyev ölkədə heç kimi hərləmir? Bəlkə onun arxalandığı xarici quvvə var. Bəlkə onun məqsədi həqiqətən bilərəkdən bizi zəhərləmək olub? Yoxsa onun məqsədi cəbhədə yaranmış belə bir vəziyyətdə duşmən dəyirmanına su tökməkdir? Odur ki Qabil Quliyevin vəzifə səlahiyyətlərini aşaraq sakinlərlə belə gobud davranmağının və onun məmur özbaşınalığının kökundə nəyin və kimin dayandığının araşdırılmasını tələb edirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button