2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prokurorlar Trampı məhkəməyə verdi

Vaşınqton (Kolumbiya dairəsi) və Merilend ştatlarının baş prokurorları ABŞ prezidenti Donald Trampı biznes-imperiyasının xarici hökumətlərdən ödəniş və hədiyyə alması faktı ilə bağlı məhkəməyə verir.
Bu barədə The Washington Post qəzeti yazıb. Trampa qarşı analoji iddia bu ilin yanvar ayında etika məsələləri üzrə qeyri-hökumət təşkilatı tərəfindən də qaldırılmışdı.
Yanvar ayında vəzifəsinin icrasına başlayan Donald Tramp biznesinin idarə edilməsinin böyük oğullarına verib. Lakin əksər amerikalılar hesab edir ki, maraqlar konfliktindən qaçmaq üçün biznes satılmalı idi.
Merilendin baş prokuroru Brayn Froş bəyan edib ki, iş Trampın şəxsi maraqlarını prezident öhdəliklərindən ayırmamaq niyyəti ilə bağlıdır. Konstitusiyada aydın şəkildə yazılıb ki, prezident ölkənin maraqlarını şəxsi maraqlarından üstün tutmalıdır.
Demokratlardan olan prokurorlar Tramp siyasətinə qarşı mübarizədə fəal rol oynayır. Onlar Trampın bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a girişini qadağan edən qanunlarını uğurlu dayandırıb.

Fizzə

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button