2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Prokurorluğun davranışı ifadə azadlığına ağır zərbə vuracaq”

Yayımlandı: 30 İyul 2022 21:15

Media Hüququ Qrupu bəyanat yayıb

“Baş Prokurorluq ifadə azadlığına müdaxilə üçün “qanuni əsas” müəyyən edibsə, bunun bütün detallarını (məlumatı hansı tarixdə yayılması, informasiyanın qadağan olunmuş olması, hansı qanunun yayımlanmanı qadağan etdiyi və.s) ictimaiyyətlə bölüşməlidir. “Qanunla qadağan olunmuş” kimi ümumi ifadələrlə ifadə azadlığı hüququna müdaxilələrə haqq qazandırmaq yolverilməzdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fikirlər Media Hüququ Qrupunun (MHQ) iyulun 30-da yaydığı bəyanatda yer alıb.

Baş Prokurorluq sosial şəbəkələrdə yazdığı statuslara görə hərbi bloger Səxavət Məmmədova və Ruslan İzzətliyə xəbərdarlıq edib.

Baş Prokurorluq hesab edir ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda “Media haqqında” qanunun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb:

“İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb. Belə ki, Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib”.

Media Hüququ Qrupu Baş Prokurorluğun xəbərdarlığını söz, ifadə azadlığına zərər vuran addım kimi dəyərləndirir:

“Belə hallarda jurnalistlərlə davranış Konstitusiya və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş çərçivəyə uyğun olmalıdır. Jurnalistləri ən mühüm, ən dolğun və bəzən də mübahisəli xəbərləri toplamaq və yaymaqdan çəkindirən formada olmamalıdır. Jurnalisti yazılarına görə hər hansı dövlət qurumuna çağıraraq qapalı şəkildə sorğu-sual etmək, onların etibarını zədələyir, digər jurnalistləri isə öz funksiyalarını yerinə yetirərkən senzuraya zorlayır”.

“Baş Prokurorluğun jurnalistlərə xəbərdarlıq edilməsi ilə bağlı açıqlamasında onların “Media haqqında” Qanunu pozduqları, faktları və hadisələri qərəzsiz və obyektiv təqdim etmədikləri, birtərəfliliyə yol verdikləri bildirilir. Baş Prokurorluğun ifadə azadlığı ilə bağlı Konstitusiyanın təməl müddəalarına yox, məzmunu mütərəqqi dünya tərəfindən tənqidlə qarşılanan, tətbiqi yolverilməz sayılan, legitimliyi ciddi müzakirə mövzusuna çevrilən yeni “Media haqqında” Qanuna istinad etməsi təəssüf doğurur”, – bəyanayda deyilir.

Daha sonra bildirilir ki, qanunun müvafiq 14 maddəsinin tələbləri, şəxslərə yox, media subyektlərinə yönəlik tələbdir və fərdlərə münasibətdə tətbiq edilməməlidir.

“Jurnalistlər, ümumiyyətlə hər kəs öz rəyində qalmaq kimi mütləq azadlığa, öz düşüncələrini ifadə etmək hüququna sahibdir, qanunvericilik fərdlərin üzərində öz düşüncələrini, mülahizələrini, tənqidlərini ifadə edərkən balanslı informasiya yayma öhdəliyi qoya bilməz”,-bəyanatda belə deyilir.

Media Hüququ Qrupu xatırladır ki, Konstitusiyanın 47-ci maddəsi hər kəsin ifadə azadlığı hüququnu, 50-ci maddəsi isə hər kəsin informasiya axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını qoruyur:

“Avropa Konvensiyasnın 10-cu maddəsi də ifadə azadlığı hüququnu təminat altına alır. Bu hüquq və azadlıqlara müdaxilələr üçün konkret olaraq, qanunla qorunan mənafe hər kəsin anlayacağı qədər aydın göstərilməli, qadağan olunmuş informasiyanın hansı qanun tərəfindən hansı mənafeni qorumalı olduğu aydın əsaslandırılmalı, öncədən görüləbilən olmalıdır”.

MHQ Baş Prokurorluğun davranışlarının jurnalistlərin məlumat toplamaq və yaymaq azadlığına, ümumilikdə ifadə azadlığına heç nə ilə bəraətləndirilə bilməyən ağır zərbə vuracağını düşünür:

“Jurnalist fəaliyyəti, məlumat toplama, ötürmə təkcə onlara dövlət qurumlarının, rəsmilərinin, ayrı-ayrı şəxslərin könüllü verdikləri məlumatları yaymaqla, sadəcə gözlə müşahidə etməklə məhdudlaşdırıla bilməz. Demokratik toplumda jurnalistin üzərinə düşən vəzifə, jurnalist fəaliyyətinin cəmiyyətə gətirdiyi fayda ayrı-ayrı dövlət qurumlarının yerinə yetirdikləri vəzifələrdən az önəmli sayıla bilməz”.

MHQ bütün dövlət qurumlarının vəzifəli şəxslərini jurnalistlərlə, sosial şəbəkə istifadəçiləri ilə belə davranışlardan çəkinməyə, bu yanlış praktikanı dəyişməyə çağırır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button