2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Prokurorluq əsgərin intiharı versiyasını araşdırır

Yayımlandı: 14 İyul 2022 10:57

Ruslan Manafzadənin özünü öldürdüyü haqda məlumat yayılıb

Azərbaycan Ordusunun əsgəri Ruslan Manafzadənin öz avtomatından açılan atəş nəticəsində öldüyü bildirilir. Hadisə iyulun 13-də axşam saat 23 radələrində baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Ruslan Manafzadə müddətli həqiqi hərbi xidmətdə idi. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda faktla bağlı cinayət işi başlandığı bildirilib. Prokurorluq intihar versiyası üzrə araşdırma aparır.

“Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq aparılır”, – Baş Prokurorluqdan belə deyilib.

İyulun 13-də Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu – kiçik çavuş Namizəd Bayramov isə Mingəçevirdə vəfat edib. Müdafiə Nazirliyinin yaydığı məlumatda onun su anbarında boğulduğu deyilir. İddia olunur ki, Namizəd Bayramov xidmət yerindən kənarda – Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.

Ölümlərin səbəblərilə bağlı rəsmi qurumların açıqlamarına hərbçilərin ailələrinin münasibəti məlum deyil.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button