2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Prokurorluq Oqtay Gülalıyevin işində həkimlərin əməllərində cinayət elementi tapmayıb

Bakı/18.12.21 Prokurorluq cinayət tərkibi olmadığı üçün hüquq müdafiəçisi Oqtay Gülalıyevə tibbi yardım göstərilməsi haqqında iş üzrə  Şəhər tibbi  klinik mərkəzinin  və Baku City Hospital tibb müəssisələrinin həkimlərinə qarşı cinayət işi açmaqdan imtina edib. 

Baş Prokurorluqdan Turan Agentliyinə verilən məlumata görə, iş 2021-ci il yanvarın 25-də əlavə istintaqa göndərilib və apreldə bağlanıb. Cinayət işi açılmasından imtinaya xüsusi tibbi ekspertizanın rəyi əsas olub.

Prokurorluğun cinayət işi açmaqdan imtina qərarı poçtla Oqtay Gülalıyevin ailəsinin qeydiyyatda olduğu ünvana göndərilib. Ailənin istintaqın qərarını almadığı barədə məlumata cavab olaraq Baş Prokurorluqdan bildiriblər ki, qərar yenidən poçtla ailəyə göndəriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Baş Prokurorluq Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin baş prokuror Kamran Əliyevin adına məktubundan sonra açıqlama verib. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button