2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Prokurorluq REAL Hərəkatı ilə bağlı araşdrımalara başlayır

Azərbaycanın Baş prokuroru haqqin.az və virtualaz.org saytlarında dərc olunmuş “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalədə əksini tapmış xüsusatlarla bağlı ciddi araşdırmalar aparılmasına dair müvafiq göstərişlər verib. Bu barədə Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Turan-ın sorğusuna cavabda bildirib.

Sultanovun sözlərinə görə, araşdırmalar Baş prokurorun göstərişi əsasında Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən aparılacaq. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Yanvarın 27-də haqqin.az və virtualaz.org saytları Eynulla Fətullayevin imzası ilə “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə dərc edib.

Məqalədə yanvarın 19-da İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadənin REAL Hərəkatı rəhbərləri ilə görüşündən bəhs edir. Məqalədə iddia olunur ki, görüşdə gizli sövdələşmə olub, İran səfirliyinin nümayəndəsi REAL Hərəkatına pul verib.

“REAL İrandan ilk maliyyə yardımını qəbul edib! Bax bu, nəinki müxalif milli-demokralar üçün, eləcədə də liberal yönümlü müxalifət üçün inkişaf mərhələsində yeni dönüşdür. Belə görünür ki, REAL da Əli Kərimlinin islamçı, liberal və milli-demokratların alyansının hakimiyyətlə mübarizədə güclü və effektiv vasitə kimi alternativinin olmadığı barədə konsepsiyasına meyl edir”, məqalədə deyilir.

Öz növbəsində, REAL Hərəkatının icra katibi Natiq Cəfərli Turan-a bildirib ki, bu, REAL-a qarşı təzyiqdir.

“Açığı, belə cəfəng və absurd iddiaları gündəmə gətirmək, sadəcə REAL-a qarşı növbəti təzyiqdir. Hər hansı bir özünü jurnalist adlandıran kəsin sərsəmləmələrinə görə araşdırma aparmaq, ancaq təşkilatımıza qarşı təzyiqin artırılması deməkdir. REAL tam şəffaf fəaliyyət göstərən təşkilatdır, heç bir araşdırmadan da çəkinmirik, sadəcə, 8 gün bundan öncə, ilk olaraq özümüz tərəfindən, öz rəsmi saytımızda yaydığımız xəbərə don geyindirib sensasiya kimi qələmə vermək gülüncdür. Bu günə qədər REAL-ın ofisində 20-ə yaxın ölkənin səfir və səfirlik nümayəndələri görüşlərdə olub, siyasi təşkilatın işlərindən biri də görüşlər keçirməkdir. İran səfirliyinin nümayəndəsi özü görüş istəmişdi, ofisdə 8 gün qabaq görüş oldu, görüşdə ölkələrimz arasında münasibətlər, iqtisadi, mədəni münasibətlərin perespektivləri müzakirə olundu. Səfirlik nümayəndəsinə Cənubi Azərbaycanda soydaşlarımızın durumu ilə bağlı, İranın işğalçı Ermənistanla bağlı isti münasibətləri ilə bağlı iradlarımızı da bildirmişik, Azərbaycanın dünyəvi dövlətçiliyinin bizim üçün qırmızı cizgi olduğunu da demişik. Bir daha deyirəm, bu qondarma ittihamlar REAL-ın artan nüfuzuna görə növbəti təzyiq dalğasıdır”, deyə o qeyd edib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button