Loading...
Loading...
Siyasət

Prokurorluq sərxoş deputatın polisi döyməsi barədə məlumatı araşdırır

Bakı/30.07.21 Hüquq-mühafizə orqanları 55-ci Xaçmaz seçki dairəsindən Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi faktı ilə bağlı araşdırmalar aparır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan-a bildiriblər ki, hadisə iyulun 29-da gecə yarısından sonra Xaçmaz rayonunun Nabran qəsəbəsində Səlimovun qohumunun obyektində baş verib

“Eldəniz Səlimov polisin karantin rejiminin tələbinə uyğun olaraq obyekti bağlamaq tələbindən narazılığını bildirib.

Fakt üzrə toplanmış materiallar Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib”,- Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Yerli mənbələrin məlumatına görə, sərxoş vəziyyətdə olan deputat Xaçmaz rayon polis şöbəsinin əməkdaşı Zaur Mirzəyevə bədən xəsarəti yetirib.

Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı bildirib ki, deputatın davranışı qurum tərəfindən müzakirə ediləcək. “Baş Prokurorluq insidenti araşdırır. Araşdırmanın nəticələri Milli Məclis rəhbərliyinə təqdim ediləcək. Qanunvericiliyə əsasən 7 gün ərzində rəhbərlik İntizam komissiyasına məlumat verəcək və komissiya müzakirələr apararaq müvafiq qərar qəbul edəcək”, – Ağamalı bildirib.

Xatırladaq ki, deputat parlamentin razılığı ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Baş Prokurorluqda faktla bağlı materialların İstintaq İdarəsinə göndərilməsi barədə məlumatı təsdiqləyiblər.—03B06-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button