2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Prokurorluq: “Sığınacaqda azyaşlılar zorakılığa məruz qalıb”

Faktla bağlı cinayət işi açılıb

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqdakı azlıların fiziki və psixi zorakılığa məruz qaldığı iddia olunur. Bu barədə Sabunçu Rayon Prokurorluğu məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, mayın 10-da müxtəlif dövlət orqanlarının iştirakıyla sığınacaqda monitorinq keçirilib. Monitorinq zamanı uşaqların bədənində xəsarət izləri aşkarlanıb. Bundan sonra faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb:

“Araşdırma zamanı məlum olub ki, sığınacaqda bu il fevralın sonundan mayın əvvəlinə qədər saxlanmış C.M. orada qaldığı müddətdə psixi və fiziki zorakılığa məruz qalıb. O, həmçinin sığınacaqdakı digər azyaşlılara qarşı da psixi və fiziki zorakılığın şahidi olub. O cümlədən sığınacaqda saxlanılan daha iki azyaşlının bədənində orada saxlandıqları tarixlərdə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb”.

Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanıb.

“Report” həmin sığınacağın “Sevgi evi” olduğunu yazır. Sığınacağa Könül Qasımova adlı şəxs rəhbərlik edir. Özünü sığınacağın rəhbəri kimi təqdim edən şəxs agentliyə hər şeyin qaydasında olduğunu söyləyib və deyilənlər barədə danışmaq istəməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button