2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Prokurorluq sosial şəbəkə istifadəçilərini cəzalandırıb

“İctimai-siyasi sabitliyin pozulması”, “vətəndaşların hüquq və azadlıqlarının pozulması” ilə bağlı nəşrlərin, habelə ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üzrə tədbirlərin gözdən salınmasının qarşısının alınması məqsədilə bir qrup şəxs Baş Prokurorluğa çağırılıb və onların barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.  Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin 24 yanvar tarixli  məlumatında deyilir.

Əsasən Yalçın Mirzəli, İlham Hüseynov, Nizami Abbaslı, Əfqan İsayev və Rasim Azadova qeyd olunan neqativ hərəkətlərin təkrarlanmasının yolverilməzliyi barədə xəbərdarlıq edilib.

Bundan əlavə, Facebook-da yayılması qadağan olunmuş informasiyanın dərcinə görə Namiq Əliyevin barəsində inzibati icraata başlanılıb. O həmçinin “dövlət orqanlarının fəaliyyətinin pozulmasına yönəlmiş çağırışlar edib, təhqiredici və böhtan xarakterli məlumatlar yayıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (İnternet-resursda yayılması qadağan olunmuş informasiyanın dərci)  1 ay müddətinə həbs edilib.

Lakin Baş Prokurorluq həmin şəxslərin və Facebook-da Yeniavaz.az səhifəni yaradan Namiq Əliyevin öz hesablarında nəyi paylaşdıqlarını açıqlamır.

Ekspertlərin fikrincə, prokurorluq məhz hansı kontentə görə istifadəçilərə xəbərdarlıq edildiyini və onların  həbs olunduqlarını ətraflı açıqlamalıdır.

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button