2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Prokurorluq Tofiq Yaqubluya şikayətinin araşdırılması ilə bağlı cavab vermir

Bakı/05.01.22 “Qanunun tələbinə görə, Səbail rayon Prokurorluğu şikayətimlə bağlı ən gec bir ay müddətində mənə cavab verməli idi. Artıq bir aydan çox vaxt keçib, hər hansı məlumat verilməyib”.

Bu barədə Turan-a Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu bildirib.

Tofiq Yaqublu dekabrın 1-də Bakıda keçirilən etiraz aksiyası zamanı saxlanılıb və amansızca döyülüb. O, axşama qədər polis bölməsində saxlanılıb və döyülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Yaqublu Səbail rayon Prokuroruğuna şikayət verib və dekabrın 3-də 4,5 saat ərzində ifadə verib, bundan sonra o, tibbi ekspertizaya göndərilib.

Yaqublunun sözlərinə görə, o, müraciət edib.

O dekabrın 3-də Səbail rayon Prokurorluğunda 4 saat 30 dəqiqə ifadə verib. 

Yaqublunun sözlərinə görə, onu Səbail rayon Pois İdarəsinin 39-cu Polis Bölməsində, daha sonra Bakıdan kənar ərazilərə apararaq döyüblər, Bakıdan 72 kilometr qərbdə, Ələt qəsəbəsi yaxınlığında avtomobildən düşürüb sərbəst buraxıblar. 

Yaqublu Azərbaycanda məhkəmənin ədalətli olacağına şübhə edir və gələcəkdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Vəkil Nemət Kərimli bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi başlanılmasa, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. -03B06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button