2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prokurorluq: “Vəzifəsini yeni itirən polis rəisini əmisi bıçaqlayıb”

Qardaşı oğlunu yaralayan şəxs intihar edib

Siyəzən Rayon Dövlət Yol Polisi Şöbəsinin sabiq rəisi Əliağa Əsgərbəyli bıçaqlanıb. Keçmiş polis rəisini əmisi Rövşən Əsgərbəylinin bıçaqladığı, ardınca isə tüfənglə özünü öldürdüyü bildirilir.

Xaçmaz Rayon Prokurorluğundan Meydan TV-yə verilən məlumata görə, hadisə avqustun 24-də, saat 20 radələrində rayonunun Qaraqurtlu kəndində yaşayan Rövşən Əsgərbəylinin evində baş verib. 

Saytların yığılması Saytlarin yigilmasi

Əmi ilə qardaşı oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. 

Mübahisə zamanı Rövşən Əsgərbəyli qardaşı oğluna bıçaqla bir neçə dəfə zərbə vurub. Daha sonra isə evdə olan tüfənglə intihar edib.

Əliağa Əsgərbəyli dərhal kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir”, – prokurorluğun məlumatında bildirilir.

Əliağa Əsgərbəyli Siyəzən Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən avqustun 19-da azad edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button