2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Proqress 2016” MTK-nın tikinti fırıldaqları niyə cəzasız qalır? – Təfərrüat

Tikinti sektorundakı özbaşınalıqlar, MTK-ların vətəndaşları aldatması, bir mənzilin bir neçə nəfərə satılması az qala, adi hala çevrilib. Bu kimi faktlarla bağlı çoxsaylı şikayətlərin olmasına baxmayaraq bu sahədə vəziyyət düzəlmir. Şikayətlərin daha çox olduğu belə tikinti şirkətlərindən biri isə “Proqress 2016” MMC-dir.

24saat.org xatırladır ki, şirkətin adı illərdir ki, bir mənzili bir neçə nəfərə satmaqda hallandırılır. Elə buna görə də “Proqress 2016” MTK barəsində istintaq hərəkətlərinə başlandığı xəbərləri yayılıb. Belə ki, Abşeron rayonunda inşa etdiyi binada payçılara qarşı saxtakarlığa yol verdiyi deyilən şirkətlə bağlı hüquqi cəzalandırma proseduruna başlandığı bildirilir.

Xatırladaq ki,

şirkətin sahibi həm də “Hayan E” MMC-nin hüquqi sədri olan Səməndərov Emil Tofiq oğludur.

Saytların yığılması Saytlarin yigilmasi

Səməndərov Emil Tofiq oğlu

Şirkət neçə ildir payçıları aldatmaqdadır. Hazırda aparılan araşdırmalar və müəyyən istintaq hərəkətlərindən sonra E.Səməndərovu, eynilə şirkəti nə gözlədiyi qeyri-müəyyəndir. Payçıların tələbi isə müqavilə əsasında öz mənzillərini təhvil almaqdır. Şikayətçilərdən birinin sözlərinə görə, 2018-ci ilin dekabrında 39 min Mənzil aldığına sevinən payçı təmir işləri aparmaq istəyəndə ona məlum olur ki, ev hələ 2008-ci ildə “Hayan E” MMC-nin rəhbəri olmuş Tağıyev Elman tərəfindən Məsimov Səyyar Ələkbər oğlu adlı fiziki şəxsə satılıbmış.
Sonra bu və buna bənzər digər əməllərinə görə E.Tağıyev korrupsiya faktı ilə həbs edilib. Amma illər sonra – 2017-ci ildə Nəsirov Rafiq adlı səlahiyyətli şəxs tərəfindən həmin mənzil yenə Səyyar Məsimova satılıb. Bir gündə iki hüquqi qüvvəsi olmayan sənəd imzalanıb. Şikayətçinin sözlərinə görə, müqaviləyə xitam verilməyib, digəri imzalanıb.

Onların istintaq orqanlarından xahişi budur ki,

bina Emil Səməndərov və adamlarından alınsın, haqq-ədalət bərpa olunsun. Digər payçı isə 30 min manat ödəyib və 2019-cu ildən mənzilini gözləməkdədir. Onu kimi xeyli sayda ailə oxşar aqibətlə üzləşib. “Proqress 2016” MTK-nın sahibi E.Səməndərov bu minvalla bir mənzili bir neçə şəxsə satıb, indisə azadlıqda gəzir, heç kəsi eşitmir, saymır.

Sakinlərin hüquq-mühafizə orqanlara və KİV-ə müraciətlərindən sonra məsələnin ictimailəşməsi “Proqress 2016” MTK-nın rəhbərini təşvişə salıb. O, dələduzluqda ittiham olunur və işi ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır. Lakin Bakıda ilk belə tikinti şirkətinin fırıldağı deyil.

İndiyə qədər “GEN” MMC, “Mur-Ay” MMC kimi onlarla şirkət yüzlərlə payçını müflis edib, pulunu mənimsəyib, sahibləri isə 10-12 il azadlıqdan məhrum ediliblər. “Proqress 2016”-dan narazılıq edən vətəndaşlar qeyd edirlər ki, əgər E.Səməndərov oxşar aqibəti yaşamaq istəmirsə, problemi yoluna qoysun. Sakinlər bildirirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti məlumatlıdırlar.
Şirkət rəhbəri elə adamdır ki, mühafizəçilərlə gəzir, ona yaxınlaşmaq mümkün deyil, qoluzorluları binanın fəhlələrindən də çoxdur.

Ümumiyyətlə,

sözügedən şirkətin adı bir sıra qanunsuzluqlarda çəkilir, ittiham olunur. Məsələn, “Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov 2018 ilin iyulunda Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun (iş №1(001)-185/2018 saylı) hökmü ilə Cinayət məcəlləsinin 178.2.2. və 178.2.4. maddələr ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilib.

AR CM-in 69.4.-cu maddəsinə görə onun 14 iyun 2017-ci il tarixindən 15 iyul 2017-ci il tarixə qədər saxlandığı 1 (bir) gün müddət alınaraq ona təyin edilmiş cəzanın məbləği azaldılaraq üzərində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdı. Halbuki məhkəmə artıq dəfələrlə məhkum edilən Emil Səməndərov barədə həbs qəti imkan tədbiri seçməli, həmçinin azadlıqdan məhrum etmə cəzası verməli olduğu halda nədənsə bu qanunları “görməzdən” gəlmişdi. Emil Səməndərov binanın tikintisini başa çatdırmadan 1000-dən çox insana mənzilləri yenidən başqa insanlara satıb. Aldadılmış sakinlər mənzilləri görmək üçün binaya gedərkən Emil Səməndərov və onun adamları tərəfindən hədə-qorxu ilə üzləşiblər.

Bütün bu detallarla bağlı MTK rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

“24 saat”

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button