2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Puerto-Riko — Yadplanetlilərin bazası, yoxsa…

Yer kürəsində yadplanetlilərlə və qəribə məxluqlarla görüşdüyünü, onlarla təmasda olduğunu, müşahidə etdiyini deyən minlərlə, on minlərlə insan var. Planetimizin bir çox hissəsində səmada UNO-lar müşahidə edilib. Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində də xüsusi qeydlər var. İstəyən oxucu internetdə bu tip çoxsaylı video çarxlara baxa bilər. Video çarxların böyük əksəriyyəti montaj işi olsa da, içində real lentə alınmış kadrlar var. Həm də nəzərə almaq lazımdır ki, MKİ-nin yayımladığı sənədlərdə də bu barədə maraqlı fotolar var.

Karib dənizində yerləşən Puerto-Riko adasında anomal hadisələr baş verir. Çox güman ki, adada yadplanetlilərin məxfi yeraltı bazası yerləşir. Bu bazadan yadplanetlilər dünya hökumətləri ilə razılaşma əsasında fəaliyyətlərini həyata keçirirlər. Bu versiya konspiroloqlar tərəfindən on illərdir ki, müzakirə edilir.

Bu illər ərzində ufoloqlar tərəfindən ərazidə müxtəlif UNO-lar qeydə alınıb. Eyni zamanda yerli sakinlər də müxtəlif qəribə məxluqlar barədə məlumat veriblər. Bu məxluqlar arasında boz rəngli gəlmələr, ikimetrlik nəhənglər, qısaboylu yadplanetlilər və çupakabr adlandırılan məxluqlar da var.

Saytların yığılması Saytlarin yigilmasi

Vladimir Ajaja “Sualtı UNO” adlı kitabında bu hadisələrdən bir neçəsini misal çəkir. Bu hadisələr ilk dəfə Puerto-Riko tədqiqatçısı, ingilis ufoloq Timoti Qudun “Hücum təhlükəsi” və “Gəlmələrin bazası” kitablarında işıq üzü görüb.

“Ölkə.Az” bu hadisələri və Puerto-Riko adasındakı anomal hadisələrlə bağlı geniş məlumatı ufologiya ilə maraqlanan oxucuları ilə tanış edəcək.

1967-ci il. Nyu-York sakini İrma Otis El-Yunk milli parkının ətrafında elmi ekspedisiyada iştirak edib. Professor Qonzales və Puerto-Rika kolleci Rio-Pyedrasın bir qrup tələbəsi gecə vaxtı işıqsaçan məxluq müşahidə ediblər. Məxluqun boyu iki metr, çox arıq və uzun olub. Əlləri dizinə qədər olan məxluq gümüşü rəngli kombinezon geyinibmiş.

Məxluq tələbə Ramon Kvinyonesin qalın meşədə yoxa çıxmasından sonra peyda olub. Baş verən hadisənin müzakirəsi o dəqiqə yarıda kəsildi. Hamı 15 dəqiqə lal-dinməz məxluqa baxdı. Məxluq isə tələsmədən yoxa çıxdı. Məhz bundan sonra qrup hərəkət etməyə başladı. Ramonun axtarışı ilə meşə idarəsinin işçiləri və hərbçiləri məşğul oldular. Amma axtarışlar nəticə vermədi. Bütün şahidlər məsələ barədə susmağı öz boyunlarına götürdülər. Həmən il ərzində El-Yunk yolu dəfələrlə polis tərəfindən bağlandı.

Puerto-Rikonun bu rayonunda insanların, xüsusən də uşaqların qəribə surətdə yoxa çıxması dəfələrlə müşahidə edilib.

Hər şey 1961-ci ildən, El-Yunkun şərq sahillərində uşaqların yoxa çıxması ilə başlayıb.

1973-cü ilin 25 iyul tarixində El-Yunkun dağ ətəyi hissəsindəmüəmmalı şəraitdə yeddi yaşlı Antonio Alemar yoxa çıxdı. Əsgərlər və könüllülər bir neçə həftə Antonionu axtarsalar da, nəticə əldə edə bilmədilər.

1961-ci ildən 1978-ci ilə qədər rəsmi olaraq El-Yunk ərazisində 36 uşağın itməsi barədə məlumat var. Ola bilsin ki, realda bu rəqəm daha da böyükdür.

1976-cı ilin fevral ayı. Bir neçə hərbçi yoxa çıxdı.

El-Yunk dağı yaxınlığında, adanın şərq qurtaracağındakı Seyba hərbi bazasından iki ABŞ dəniz piyadası yoxa çıxdı. 2 mart tarixində yerli  “El-Bosero” qəzetində bu barədə məlumat dərc edildi. Puerto-Riko hərbi rəhbərliyindən verilən məlumata görə, El-Yunkda yoxa çıxan bəzi hərbçilər rəsmi olaraq Vyetnam müharibəsində itkin düşənlərin siyahısında olub.

1973-cü il, oktyabr.

Xoze Alemarın həyat yoldaşı və 5 yaşlı qızı qəribə məxluqla rastlaşıblar. Xoze qohumları ilə sağollaşdığı müddət ərzində ailəsi maşında oturub. Birdən qadın yaxınlıqda kişi səsi eşidib: “Anna, mən buradayam, qapını aç”. 5 yaşlı uşaq qorxudan çığırdı və Anna ön şüşədə uzun üçbarmaqlı pəncə gördü. Bu əl toyuq pəncəsinə oxşayırdı. Məxluqun başı yumurta formasında idi və sivri qulaqları, qara gözləri var idi. Məxluq onların qışqırığına yoxa çıxmaqla reaksiya verdi.

1977-ci il, iyul.

Yadplanetlilərlə əlaqələr yaranır. Kebradillyasın 42 yaşlı sakini yaşıldərili, kərtənkələyə bənzər 4 pəncəli məxluqla əlaqəyə girir. Məxluqun boyu bir metrə yaxın idi və 42 yaşlı Kebradillyas sakini ilə bir neçə ay əlaqədə oldu. Nəticədə onun ekstrasensorluq qabiliyyəti yarandı. Amma yadplanetlilər tərəfindən təqib edilməyə dözməyərək oktyabr ayında evini sataraq kiçik bir kəndə köçür.

1977-ci il, 26 avqust.

Balıq pulcuqlarına bənzər dərisi, 4 pəncəsi, çox uzun əlləri və iri başı olan iki məxluq kommersiya şirkətinin katibəsi tərəfindən konfrans zalında müşahidə edilib. Məxluqlar divardakı adaların xəritəsinə baxırmışlar. Qadın qışqırdıqdan sonra məxluqlar qaçaraq pəncərədən tullanırlar.

1980-ci il, 22 mart.

Adanın şimali qərbində yerləşən Aquadilye şəhərindəki xəstəxananın mühafizəçisi gecə saatlarında 3 dəfə xəbərdarlıq etdikdən sonra 1 metr boyu olan yadplanetliyə atəş açıb. Onun uzun nazik əllərində 4 barmağı olub. Mühafizəçi yadplanetlinin böyük ağız, enli burun və iri qulaqlarının olduğunu xatırlayır. Məxluq üçüncü atəşə teleportasiya ilə reaksiya verib.

1980-ci il.

Yüksək temperaturu olan polis zabiti İven Rivera Morales gecə vaxtı evindən iki qəribə məxluq tərəfindən oğurlanıb. Rivera UNO-ya aparıldı və Puerto-Riko sahillərinin cənubi-qərbində suya daldılar. Məlum olub ki, Laqun Kartagen gölündə yadplanetlilərin bazası var. Rivera 3 saat sonra evində ayılıb. O, tam sağlam imiş.

1988-ci il, iyun ayı. Yadplanetlilərin bazaları ziyarət edilir.

Karlos Manuel Merkado gecə vaxtı üç məxluq tərəfindən evindən aparılıb. Karlosu üç nəfər boz rəngli, qulaqları olmayan, boyu 120 sm olan məxluqlar diskşəkilli UNO vasitəsilə bazaya aparıblar. UNO-nun komandiri boyu 180 sm olan tibb işçisi olub. UNO vasitəsilə onlar Aaquna Kartagena gölü yaxınlığındakı El-Kaxul dağı altındakı yadplanetlilərin yeraltı bazasına çatdılar.

Baza diskşəkilli və üçbucaq formalı uçan aparatların təmir mərkəzinə oxşayırdı. Burada Karlosa dedilər ki, onlar bu bazada xoş niyyətlə çoxdan yaşayırlar və ərazini tərk etmək niyyətində deyillər: “Biz bura çox adam gətiririk, məqsədimiz odur ki, hamı həqiqəti bilsin. Biz qarşılıqlı əməkdaşlıq etmək niyyətindəyik”. Yadplanetlilərin digər qonağı yüksək çinli zabit idi. Onun ifadələri Merkadonun danışdıqları ilə üst-üstə düşürdü. İki nəfər də ventilyasiya şaxtası vasitəsilə bazanın ərazisinə girə biliblər. Burada onlar mühafizəçi qismində xidmət edən ABŞ hərbçilərini görüblər.

1989-cu ilin aprel ayı. Mal-qaranın kütləvi viviseksiyası (canlı heyvanlar üzərində daxili orqanlarının fəaliyyətini öyrənmək məqsədi ilə aparılan cərrahiyə əməliyyatı-red.)

Qurabo yaxınlığında Seyba Nort ərazisində heyvanlara kütləvi xəsarət yetirilmə halları müşahidə edildi. Yerli sakinlər bu məsələdə çupakabrları günahlandırdılar. Çupakabr elmə məlum olmayan, qan əmən heyvanlardır. Bu hadisələr baş verən müddət ərzində dostları ilə Xaquas çayında balıq tutan sinyor Ortis yaxınlıqdakı kənddən qəribə it ulaması eşidir. Ulama səsi çıxaran məxluqun üzərinə güclü işıq salanda nəsə quşabənzər məxluq yerə düşdü. Onu tutaraq qəsəbəyə apardılar və qəfəsə saldılar. Vəhşi heyvan ancaq çiy ətlə qidalanırdı. Onun böyük dişləri var idi. Başında lələkləri yox idi və qurbağa dərisinə bənzər dərisi var idi. Federal agentlər bu heyvanı apardıqdan sonra onun ancaq fotoları qaldı.

1989-cu il, iyul ayı. Yadplanetlilərlə görüşlər.

Yerli sakinlər dəfələrlə Aaquna Kartagena gölü yaxınlığında boz məxluqlar görürlər. La-Parquera sakini Medina iyul ayında 5 yadplanetli ilə qarşılaşır. Sonradan o, onları iki dəfə də görür. Medina məxluqların tam təsvirini verir və bildirir ki, yadplanetlilərin bu rayonda bazası var. Amma hökumət orqanları onların yerin üstünə çıxmasını istəmir.

1989-cu ilin 1 dekabr tarixi. Yadplanetlilər həyətdə.

Kaguaslı qız evinin pəncərəsindən həyətdə gəzişən iki boz-yaşımtıl məxluq görür. Məxluqların iri yumru başları, böyük qara gözləri, uzun əlləri var idi. O, böyüklərdən kimisə çağırmaq üçün qaçsa da, heç kəsi tapa bilmədi. Qız yenidən pəncərəyə yaxınlaşanda qırmızı rəngli şar görür. Tezliklə şar yoxa çıxdı. Eyni gecədə qonşuluqda yaşayan bir nəfər həmin ərazidə havada fırlanan çoxrəngli işıqları olan UNO görür.

1990-cı il, 31 avqust. Boz məxluqlarla əlaqı alınmadı.

Kavo Roxo rayonunun sakinləri 5 yadplanetli ilə qarşılaşırlar. Miquel Fuqiero daha yaxşı baxmaq üçün yadplanetlilərə yaxınlaşır. Amma yadplanetlilərdən birinin katalepsiya vəziyyəti yaradan baxışları onu dayandırdı. Yadplanetlilərin boyu orta, rəngləri boz, başları və gözləri boz idi. Onlar Laquna Kartagena gölünə doğru addımlamağa davam edirdilər.

1991-ci il, 13 avqust. Bir neçə hadisə.

Laquna Kartagena gölü yaxınlığında yerləşən Maquayo sakini Marisol Kamaço balkonunda iki dəfə yadplanetliləri görür. Birinci dəfə gecə saat 02:00 radələrində 4 pəncəli, boz rəngli, tam çılpaq məxluqlar onun balkonunda peyda oldular. İkinci dəfə isə iki həftə sonra gündüz saatlarında yadplanetlilər yenə balkona çıxdılar. Yadplanetlilər tropik bitki sayılan “isveçrə pendiri” ilə maraqlanırdılar. Boz məxluqlar bitkinin yarpaqlarını qoparır və səliqə ilə yığırdılar. Marisol isə bu vaxt ərzində iflic vurmuş kimi donub qalırdı. Sonradan, sentyabrın əvvəllərində qadın evinin üzərindən uçan UNO görür.

1991-ci il, avqust. Yadplanetli motosikletdən qorxdu.

Günorta saatlarında Ulis Peres adlı şəhər sakini Aaquna Kartagen gölü yaxınlığındakı kanalın yanından motosikleti ilə keçirmiş. Ulis də hamının təsvir etdiyi yadplanetlini görür. Amma onun dərisinin rəngli ağ, gözləri böyük və qara idi. Yadplanetli ağacda oturubmuş. Ulis onun yanından keçəndə qorxaraq kanala tullanır və su zanbaqlarının arasında itir. Hadisə şahidi onun barmaqları arasında pərdə olduğunu görür.

1991-ci il, sentyabr. Bir qrup yadplanetli evdə.

80 yaşlı Eleteyro Akosta hava limanı yaxınlığında yaşayırdı. O, evinə girəndə 6 yadplanetli ilə rastlaşır. Gördüyündən qorxan qoca qışqırır və çəliyi ilə onları hədələyir. Çağırılmamış qonaqların boyca ən hündürü yanındakılara çevrilərək qısaca nəsə deyir. Yadplanetlilər bundan sonra açıq pəncərədən tullanıb qaçdılar və Syer Barmey dağ silsiləsinə tərəf istiqamət götürdülər.

1991-ci il, oktyabr. Boz məxluqlar ada sakini qadının uşağını əlindən aldılar.

İki uşaq anası evdar qadın Deliya yoqa ilə məşğul olurdu. O, meditasiya vaxtı ali biliklərə yiyələnmək arzulayırdı. Məşqdən tez ayrılan Deliya evə gədərək uzanır. Yuxuya getməyə macal tapmamış üzündə kiminsə ovcunu hiss edir. Bir an sonra qadın uçduğunu hiss edir. Evlər, küçələr aşağıda qalmışdı. Qorxudan qadın iflic olur.

Deliya səhər saat 05:00 radələrində yatağında yuxudan ayılır. Bir neçə ay sonra qadın hamilə olduğunu anlayır. Bir dəfə o, səmada gümüşü rəngli UNO görür və həmin anda özünü metaldan hazırlanmış otaqda hiss edir. Deliyanın ətrafında çoxlu kiçik, boz məxluqlar var idi. Sonra isə o, ağrıdan qışqırığını və doğa bilməyəcəyini izah etməyə çalışdığını xatırlayır. Onun övladı kesr üsulu ilə dünyaya gəlir. Özünə gələndə Deliya yanında yadplanetli görür. Yadplanetlinin qucağında yeni doğulmuş körpə var idi.

Qadın yadplanetliləri belə xatırlayır: “Boz rəngli yadplanetlilər ortaboylu, çox iri başı və iri qara gözləri olan məxluqlardır. Qulaqları yoxdur, burun əvəzinə isə iki deşik var. Bədənləri arıqdır və çox vaxt çılpaq olurlar. Cinsiyyət orqanları gözə dəymir.

1995-ci il, 11 mart.

Orokovis şəhəri yaxınlığında Enrike Barreto Qernandes adlı fermer tövlədə 8 öldürülmüş qoyun tapır. Hər qoyunun sinəsində 3 çapıq olsa da, qan izi yox idi. 1995-ci ilin noyabr ayına qədər Puerto-Rikoda öldürülmüş yüzlərlə ev heyvanı tapıldı. Onlar arasında qoyun, keçi, toyuq, dovşan, köpək, donuz var idi.

Hadisə şahidləri bildirir ki, heyvanları yarıb öldürən məxluqun ayaqlarında 3 barmağı, 5 santimetrlik dırnaqları və nazik boz-sarımtıl-qəhvəyi rəngli dərisi var idi. Polis zabiti xidməti köpəyinə hücum edən müəmmalı məxluqa atəş açır. Polis bildirir ki, təmizlənməyən kanalizasiya qoxusuna bənzər qan iyi hiss edib. Adanın bir çox sakini bildirir ki, çupakabrların peyda olması UNO-larla əlaqəlidir.

1995-ci il, sentyabr ayının sonları.

Xuan Murati adlı kompüter ustası axşamtərəfi saat 17:00 radələrində avtomobili ilə evinə gedirmiş. Bu zaman ona zillənmiş baxış hiss edir. Yan tərəfə baxan Xuan 15 metrlik məsafədə ağacda oturmuş metryarımlıq məxluq görür.

Onun iri, yumru qırmızı rəngli gözləri var idi. Birdən məxluq qanadlarını açır və uçaraq gedir. Bir ay sonra Xuan onu yenə də ağacda görür. Axşam saatlarında isə onun iti ölü tapılır. İtin boynunda iki diş izi var idi.

1995-ci il, noyabr.

Bir çox yerli sakin çupakabrla qarşılaşır. Vampir heyvanın təsvirləri üst-üstə düşür: boyu 130 santimetrə qədər, iri gözləri, nazik üzü, burun yerinə deşiklər, qulaqları olmayan armud formalı başı, nazik və tüksüz boğazı var idi. Bəzi sakinlər isə bu heyvanlarla qarşılaşanda şüurlu hərəkət etdiklərini də qeyd ediblər.

1996-cı il.

Hərbçilərin əlinə təbiətin anomal varlığı keçir. 14 və 16 yaşlı Lilian və Valkiriya da Silva bacıları meşə sahəsində tərk edilmiş evdə iki qəribə məxluqla rastlaşırlar.

Eyni gündə yanğından mühafizə idarəsinin əməkdaşları bu məxluqları tutaraq hərbçilərə təhvil verirlər. Məxluqlar özlərini sakit aparır, qəribə səslər çıxarır və pis iy verirdilər. Eyni gecə hərbi polisin iki zabiti belə bir başqa məxluğu tikinti ərazisində həbs edirlər. Amma məxluq tezliklə xəstələnir və bir ay sonra ölür.

1998-ci il, yay ayları.

Amerikanın “Unsensored UFO Reports” jurnalı Puerto-Rikoda uşaqların qnomlarla toqquşmasını qeydə aldı. Salinas ətrafında, Tetas-de-Kayey dağlarındakı mağaralarda hərşeylə maraqlanan yeniyetmələr boyu 30 santimetr olan bir qrup qnomla rastlaşırlar.

Qnomlar Xose Luis Sayas adlı oğlanın ayağından yapışmağa çalışıblar. Amma Xose çubuğu qnomların başına vuraraq onların əlindən qurtulub.

Oğlan öldürdüyü qnomun meyitini evə gətirir və bankaya qoyur. Məxluqun arıq bədəni və böyük başı var idi. Dərisi boz-yaşımtıl rəngdə idi. Burun əvəzinə iki deşik, qulaq əvəzinə isə yuxarıya doğru bükülmüş dəri var idi. Məxluq kişi cinsinə aid idi və ayaqları qısa, əlləri isə dizlərinə çatırdı.

1998-ci il.

Tədqiqatçı Martin adadakı kiçik məxluqlar barədə məlumatlar toplayır. Yerli sakinlər lap çoxdan xırda “qonşuları” olduğunu bilirdilər. Qnomlar ada sakinlərini görəndə qayalarda, mağaralarda və dərin vertikal tunellərdə gizlənirdilər. Deyilənlərə görə, tunel şəbəkəsi adanın böyük bir hissəsini əhatə edir.

2000-ci ilin payızı.

Vyekes adasında kifayət qədər tez-tez anomal varlıqlar uşaqlar və yeniyetmələr tərəfindən müşahidə edilir. Onlar əmin edirlər ki, 90-120 sm boyu olan arıq məxluqların çox uzun əlləri var. Başları isə yumurta formasındadır.

2005-ci il, 16 oktyabr.

Sutka ərzində iki şahid ifadə verdi ki, gündüz və gecə yaşıl rəngli, qırmızı gözlü qəribə və çox arıq məxluq görüblər. Hər iki hadisə banan plantasiyasında baş verib. Hadisə şahidlərinin birinin əsəbləri gördüyü hadisəyə tab gətirməyib.

Hikmət
Ölkə.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button