2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Pul üçün tələbələri kütləvi şəkildə imtahandan kəsən kafedra müdiri BDU-dan qovuldu – AUDİO

Tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsməsi ilə ittiham olunan kafedra müəllimi işdən azad olunub.

Bu barədə Bakı Dövlət Universitetindən (BDU) bildirilib.

Belə ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, kafedra müdiri Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, bir neçə gün əvvəl Oxu.az-ın redaksiyasına müraciət edən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova pul almaq üçün onları kütləvi şəkildə imtahandan kəsib.

Tələbələr redaksiyamıza müəllimin səs yazısını göndərib və iddia ediblər ki, imtahandan kəsilən zaman üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button