2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

“Pullar Əli Abbasovun göstərişi ilə ayrılırdı”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Adil Qasımov bildirib ki, “Yeni Həyat” MMC-nin direktoru olub. Onun sözlərinə görə, tenderdə qalib gəldikdən sonra ayrılan vəsaitin müəyyən qismi “Aztelekom” MMC-yə çatdırılıb: “ATS-lərin tikintisi ilə məşğul olurduq. Tapşırılan işləri həyata keçirirdik. Tenderlərdə iştirak edirdik. Tikinti işlərini aparmaq üçün müxtəlif məbləğlər ayrılırdı. Tenderlərə ayrılan pulun 40 faizini “Aztelekom” MMC-yə geri qaytarırdıq. Mən eşidirdim ki, bu pullar Oqtay Rüstəmova çatdırılır”.

Saytların yığılması Saytlarin yigilmasi

“Aztelekom” MMC-nin baş mühasibi, təqsirləndirilən şəxs Oqtay Rüstəmov isə şahidlə heç bir münasibətinin olmadığını, bu işlərin Vidadi Zeynalovla həll edildiyini deyib.

Poçtdaşıma Mərkəzinin rəisi Fikrət Vəliyev deyib ki təqsirləndirilən şəxslərlə yalnız işgüzar münasibətləri olub.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun müavini vəzifəsində çalışmış Əhməd Mehdiyev deyib ki, kabel çəkilməsi işlərinə nəzarət edib: “Bunun üçün 5 milyon manat vəsait ayrılmışdı”.

Ə. Mehdiyev ibtidai istintaqa ifadəsində deyib ki, ona hər ay 10 min manat paket verilib. Lakin o, məhkəmədə bu ifadəsini təkzib edib.

Qorxmaz Həziyev ifadəsində deyib ki, “Qafqaz S” inşaatın rəhbəri olub. Onun sözlərinə görə, yalnız tikinti-təmir işlərini həyata keçirib: “Tenderlər əsasında fəaliyyət göstərirdik. Gördüyümüz işlərin həcmi ümumilikdə 22 milyon manat məbləğində olurdu. Nazir Əli Abbasovun qaynı Elçin İbrahimovla tanış idik. Amma bizim şirkətin tenderdə qalib gəlməsində Elçin İbrahimovun heç bir rolu yox idi”.

Təqsirləndirilən Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov isə şahidin ifadəsinə etiraz edib və mənimsənildiyi deyilən vəsaitin 50 faizinin “Qafqaz S” MMC-yə ayrıldığını deyib.

V. Zeynalov deyib ki, həmin şirkətə pul ayrılmasına sabiq nazir Əli Abbasov göstəriş verib: “Mən və idarə rəhbərləri yalnız ayrılan pulların düzgün bölünməsinə nəzarət edirdik. Sonra işin başa çatıb-çatmamasına biz cavabdeh deyildik”.

Proses günün ikinci yarısında davam etdiriləcək. (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button