2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Pulu əlindən alınan çox məmur var ki, danışmağa qorxur”

Əyyub Kərimov: “Onlar qorxurlar ki, istintaq MTN rəhbərliyinə verdikləri pulların mənbəyini soruşar…”

“MTN rəhbərliyi tərəfindən pulu əlindən alınan çox məmur var ki, danışmağa qorxur. Onlar qorxurlar ki, istintaq MTN rəhbərliyinə verdikləri pulların mənbəyini soruşar və beləliklə də, onların özləri qanunsuz yolla külli miqdarda vəsait əldə etdikləri üçün cəzalanarlar”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqşünas Əyyub Kərimov bildirib. Onun sözlərinə görə, bu gün bəzi məmurların sabiq MTN rəhbərliyindən şikayət etməməsi məhz bununla bağlıdır:

Saytların yığılması Saytlarin yigilmasi

“Çox güman ki, sabiq MTN rəhbərliyinə pul verən məmurların sayı bunu etiraf edən məmurlardan çoxdur. Sadəcə olaraq, onlar indiki vəziyyətdə bu barədə şikayətlərini dilə gətirmək istəmirlər. Qorxurlar ki, bu şikayət onların özünün məsuliyyətə cəlb edilməsinə səbəb olar. Odur ki, onlar şikayət etməkdənsə susmağa üstünlük verirlər. Bəziləri isə mətbuatda MTN rəhbərliyinə pul verməkləri ilə bağlı məlumatları israrla təkzib edir, kimsəyə pul vermədiklərini söyləyirlər.

Əslində bu tendensiya sovet dönəmində də mövcud idi. O zaman da idarə müdirlərinin, kolxoz sədrlərinin evlərindən pul oğurlananda, onlar istintaqa evdən cəmi 100-200 manat pul oğurlandğını bildirirdi. Halbuki evdən 10-20 min və ya daha çox pul oğurlanırdı. Sadəcə, onlar oğurlana pulun həiqi məbləğini deməyə qorxurdular. Bilirdilər ki, belə olarsa, o zaman onlardan bu pulu necə əldə etdiklərini soruaşacaqlar. Sovet dönəmində mənim iştirak etdiyim elə məhkəmə prosesləri olub ki, oğru girdiyi evdən 100 deyil, 10 min manat apardığını etiraf edib. Bildirib ki, o, bu pulu öz əyləncəsinə xərcləyib və öz cəzasını çəkməyə hazırdır. Elə oğru olub ki, məhkəmə zamanı evindən çox pul aparıldığını inkar edən idarə müdirini yalançı adlandırıb və

və bildirib ki, mən oğurluq etdiyim üçün cəzamı alacam, amma siz izah edin görək o qədər pulu necə əldə etmisiniz?

Bu gün “MTN işi” ilə bağlı müşahidə edilən mənzərə də sovet dönəminə məxsus bu tendensiyanı yada salır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button