2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Pulun əhəmiyyəti, yaxud Nyuton “evdə qal” dövründə nə düşünürdü…

Şahvələd Çobanoğlu

Bilirdinizmi, Nyuton məşhur ümumdünya cazibə qanununu vəba epidemiyasından gizləndiyi bir vaxtda tapıb. Yəni “evdə qal” dövründə.  Hamının “başına ağacdan alma düşərkən ağlına gəlib” deyə yorum verdiyi bu kəşf bizim günlərdə yəqin çox əhəmiyyətsiz görünür. Amma o zaman  Nyuton düşünmürdü ki, dünya çox təhlükəli olub, heç nəyin əhəmiyyəti yoxdur, elm də mənasızdır, tibb də, inam da, əxlaq da, ədalət də… Şəhərdən uşaqlaşıb kənddə bir evə sığınmışdı, amma gələcəyə inamını itirməmiş, güc və təhlükə qarşısında geri addım atmamışdı. Kəşfindən də önəmli olan bu idi. Kəşfini mümkün edən də bu idi.

Saytların yığılması Saytlarin yigilmasi

İndi
də dünya çox təhlükəli dövrə gəlib, doğrudan da, amma bu, daha böyük təhlükələrdən
keçib gələn dünyadır. Unutmayaq, Çinin eyni əyalətindən yayılan başqa bir
pandemiyada dünya əhalisinin üçdən biri məhv olmuşdu. Hazırlıqsız yaxalanmışıq,
zəngin, böyük ölkələrdə tənəffüs aparatları belə çatmır, amma Böyük Aclıqda
Almaniya əhalisinin az qala yarısı ölmüşdü, sadəcə, aclıqdan…

Bəşər
tarixinin böyük qismi aclığın gətirdiyi böyük qırğınlarla keçib.

İndi
də çox ağırdır, çətin situasiyadadır, xeyli ağır mənzərələr, cavab axtarmalı
suallar, yeni yanaşma tələb edən məsələlər var, amma həyat bitməyəcək və bu
ağır günlərdə təkcə özümüzü yox, sağlam düşüncəmizi, insanlığın gələcəyinə
inamı, ən başlıcası, dəyərlərimizi də qorumalıyıq.

Karantindən
öncəki günlərdə pula həmişə məndən çox önəm vermiş bir adamla xəstəxanada
rastlaşdım və əlini spirtləyə-spirtləyə üzüməcə dedi: gördünmü, pulun-malın da əhəmiyyəti
yox imiş…

Güldüm,
lakin üstündən keçmədim…

“Niyə
əhəmiyyəti yoxdur pulun? Belə ağır günlərdə evinə çörək ala bilməmək dərdi də
var axı. Yaxud xəstəxana ödənişi üçün ailənin boğazından kəsmək var, elə mənim
timsalımda…”

Pulun,
zənginliyin hər şey olduğunu düşünənlər, yaxud pul-mal üçün addımlarını tənzimləyənlər,
bunun üçün az qala hər şeyə gedənlər  belə
riyakar olub. Hələ yanlış düşüncələr də aşılaya bilirlər.

Pul-mal
üçün yaltaqlananlar, susanlar, yalan danışanlar! Pul əhəmiyyətsiz deyil!

Bəli,
ondan ötrü heç vaxt əyilməzlər. Pul və zənginlik mənəvi üstünlük də deyil. Pul
üçün əyilmək, susmaq, yalan danışmaq – başqalarının çörəksiz, dərmansız
qalmasına haqq qazandırmaqdır. Amma pul hər kəsə öz həyatını qurmaqdan ötrü çox
vacibdir və bunun üçün yalanın və zülmün olmadığı ölkələr lazımdır. Hamıya iş və
qazanmaq imkanı lazımdır.

Hamı
deyir ki, İtaliyada yaşlı adamlar çoxdur deyə orada ölüm sayı da yüksəkdir.
Bunu deyərkən, öz ölkənizdə insanların cavan öldüyünü qəbul etmiş olursunuz. Bəli,
İtaliya da daha yaxşı idarəçiliyə layiqdir – bu da var! Amma İtaliya necə gəzəl
ölkə imiş – bu da var!

Pulun
hər şey olmadığını bu günlərdə anlayanlar, hələ də heç nəyi anlamamışlar. Bunu
çoxdan bilməli idiniz. Pulun və hər kəsə onu qazanmaq imkanı verən bir dövlətin
əhəmiyyətini indi də anlamayanlar isə çox qorxulu adamlardır.

Hər
kəsə pul qazanmaq imkanı verən dövlət necə olur? Demokratik, seçki saxtakarlığı
olmayan, söz azadlığı toxunulmaz olan, ədalət məkəməsi olan, Tofiq Yaqublunun həbs
edilmədiyi, azad edildiyi və s.

Olsun,
“indi bu söhbətlərin zamanı deyil” deyirsinizsə, ən azı bunu düşünün: hər kəsin
bütün hallarda ona yalan danışmayacağına inandığı bir hökuməti olmalıdır. Bu
çox sadə, olduqca kiçik arzudur, elə deyilmi?!

Həqiqətdən
vacib heç nə yoxdur!

(İstəyirsiniz
mənasız, çeynənmiş, pafoslu bir fikrin təkrarlanması hesab edin bu son cümləni!)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button