2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Pünhan Kərimlinin məhkəməsinə jurnalistlər buraxılmayıb

Hakim Samir Əliyevin sədrliyilə keçirilən məhkəmə iclasında Pünhan Kərimlinin vəkili onun barəsində cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil deyib ki, ittiham tam əsassızdır.

Pünhan Kərimli özü də təqsirsiz olduğunu, narkotikin onun cibinə polislərin özləri tərəfindən atıldığını bildirib. O vurğulayıb ki, şərlənməsinin səbəbi AXCP üzvü olması, hökuməti tənqid edən fikirlər səsləndirməsi, Almaniyada etiraz aksiyalarında iştirak etməsidir.

Saytların yığılması Saytlarin yigilmasi

Cinayət işinə xitam verilməsi haqda vəsatət təmin edilməyib. Vəkil daha bir vəsatət qaldırıb ki, heç olmasa, məhkəmə yekun hökm çıxarana qədər ev dustaqlığına buraxılsın. Bu vəsatət də təmin edilməyib.

Müdafiəçi həmçinin Pünhan Kərimlinin atasının əlavə şahid qismində dindirilməsi, kamera görüntülərinin alınıb baxış keçirilməsi haqda vəsatətlər qaldırıb. Hakimlər deyib ki, prosesin gedişində bu məsələlərə baxılıb qərar veriləcək.

Məhkəmə baxışı iyunun 1-nə təyin edilib.

1989-cu il təvəllüdlü Pünhan Kərimli CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunur.

Məhkəmədən sonra jurnalistlərə açıqlama verən atası Vahid Kərimov bildirib ki, oğluna qarşı ittiham saxtadır:

“Yasamalda polislərin başına zibil atdığına görə vətəndaşların evlərindən zorakılıqla, alt paltarında aparılmasına etiraz edənlər arasında oğlum da olub. Etiraz aksiyası keçirilib, orada iştirak edib. Həbsinin əsas səbəblərindən biri budur. Qanun deyir ki, adam saxlanılanda ailəsinə məlumat verilməlidir. Biz oğlumun yerini 36 saat sonra öyrəndik. Saxlayanda deyiblər ki, üstündə silah var, amma idarəyə aparıb narkotik çıxarıblar. Necə oldu silah narkotikə çevrildi?”

Ata hesab edir ki, oğlunun məhkəməsinə adamları məqsədli şəkildə buraxmırlar:

“Bu biabırçılıqların üstü açılacaq…”

Almaniyadan deportasiya edilənlərdən 6 nəfər həbs olunub. Onlardan 5-i haqqında cinayət işi başlanıb, 1 nəfərə isə inzibati həbs qərarı kəsilib.

Onların hamısı şərləndiklərini deyirlər. Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button