2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Putinə qarşı çıxan şaman məcburi müalicəyə göndərilib

Yakutiya şəhər məhkəməsi, “Putini qovma” məqsədi ilə Moskvaya səfəri ilə məşhurlaşan şaman Aleksandr Qabışevi  məcburi müalicə  göndərib.

Bu barədə mətbuata şamanın  vəkili Alexey Pryanishnikov məlumat verib. 

Pryanishnikova görə, məcburi müalicə müddəti təyin olunmayıb. Müalicəsi zamanı Qabışev “intensiv müşahidə” altında olacaq. Qabışevin müdafiəsi məhkəmə qərarından apellyasiya şikayəti verəcək.

Saytların yığılması Saytlarin yigilmasi

“Bir qayda olaraq, məcburi müalicə təyin edildikdə, insanlar xəstəxanada ən azı 2,5-3 il qalırlar. Bizim vəziyyətimizdə necə olacaq, deyə bilmərəm, amma praktika göstərir ki, məhz bu müddətdə olur”, – deyə vəkil bildirib.

Məhkəmənin qərarı qüvvəyə minənə qədər Qabışev həbsdə olacaq. 

Xatırlatma

Qabışev 2019-cu ilin martında Yakutiyadan Moskvaya ilk piyada yürüşünü təşkil edəndən sonra məşhurlaşıb.

O bildirirdi ki, məqsədi “şər qüvvələrə” xidmət edən prezident Vladimir Putini Kremldən qovmaqdır.

Lakin o yolun bir hissəsini qət etdikdən sonra saxlanmış və ruhi xəstəxanaya yerləşdirilib və daha sonra həbs edilib.

24 saat” “Putinə qarşı çıxan şaman məcburi müalicəyə göndərilib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button