2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putinə sui-qəsd planı: bir nəfər saxlanıldı

Sui-qəsd Serbiyada baş verməli idi

Serbiyada Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlamaqda şübhəli bilinən 21 yaşlı Armin Alibaşiç adlı şəxs saxlanılıb.

Rusiya mətbuatının məlumatına görə, A.Alibaşiç vəhhabidir və Putinə qarşı sui-qəsdi yanvarın 17-də Serbiyaya səfəri zamanı həyata keçirməli idi. 

Onu saxlayan polis patrulu gəncin çantasından şübhələnib və yoxlama zamanı çantanın içindən optik nişangahı olan tüfəng çıxıb.

Saytların yığılması Saytlarin yigilmasi

Gəncin evində axtarış zamanı digər silahlar və bomba hazırlamaq üçün avadanlıq tapılıb. Evdə həmçinin İŞİD bayrağı və təşkilatın təbliğat materialları tapılıb.

A.Alibaşiçin kontaktlarının yoxlanılması nəticəsində onun Putinə qarşı aksiya hazırladığı məlum olub. Polisin məlumatında deyilir ki, “Putin Rusiyanın İŞİD-ə qarşı elan etdiyi müharibəyə görə terrorçuların hədəfindədir”.

24saat.org xəbəri Meydan TV-yə istindən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button