Putin Əliyevə zəng edib, bu noyarda sayca üçüncü zəngdir
Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barəfə prezidentin mətbuta xidmətinə istinadla rəsmi xəbər agentliyi “Azərtac” məlumat yayıb.
“Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb” – məlumatda qeyd olunur.
Bu noyabr ayında Əliyevlə Putin arasında sayca 3-cü telefon danışığıdır. Hər üç telefon danışığı Putinin təşəbbüsü ilə olub.
Dörd gün əvvəl, noyabrın 22-də reallaşan telefon danışığında tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-də Soçidə əldə etdikləri razılaşmaların, habelə üç ölkənin ən yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki icrası məsələlərinə toxunublər.
Rusiya prezidenti mətbuat xidmətinin həmin vaxt yaydığı məlumatda vurğulanır ki, “Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası istiqamətində işlərin üçtərəfli formatda davam etdirilməsinin vacibliyi vurğulanıb. Enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub”.
Noyabrın 17-də Rusiya tərəfinin yaydığı məlumata görə, baş tutan telefon danışığı zaman prezidentlər iki ölkə arasında ticarət-iqtisadi və enerji sahələrində Rusiya-Azərbaycan əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər.
Ümumilikdə 2022-ci ilin 11 ayında Əliyevlə Putin arasında 11 dəfə telefon danışığı olub.