AZ24SAAT.ORG

 
 
Now Reading:
Putin: Ərdoğan geri çəkilməyəcək

Türkiyənin Rusiyadan S-400 raket komplekslərinin almasını, yalnız bu ölkə özü həll etməlidir, Ankaraya kənardan təzyiq etmək haqsızlıqdır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Sankt-Peterburq beynəlxalq iqtisadi forumu zamanı yerli və xarici informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya lideri əmindir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli maraqlarını qoruyacaq, təzyiqlərə tabe olmayacaq və güzəştə getməyəcək.

“Müxtəlif təzyiq alətləri daha çox ölkələri əhatə edir. Hazırda bizdən S-400 sistemlərinin tədarük edilməsi ilə bağlı. Çox qəribədir. Türkiyə NATO ölkəsidir, lakin o, ən müasir hərbi sistemləri NATO ölkəsi olmayan dövlətdən almağa qərara gəlib. Nə olsun ki? Bu cinayətdir?”, – Putin sual ünvanlayıb.

Rusiya prezidenti həmçinin bəyan edib ki, Ərdoğanın xasiyyətinə bələddir və çətin ki, kimsə ona təzyiq edə bilsin:

“Əksinə, hesab edirəm ki, Türkiyə prezidenti istəsə belə geri çəkilməyəcək, çünki o, ilk növbədə milli maraqları qoruyur”.

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.