2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Putin-Ərdoğan görüşündən sonra dünyanın yeni siyasi oyunları başlayacaq”

“ABŞ işğal etdiyi Ərəb ölkələri vasitəsi ilə Türkiyənin siyasi təzyiqləri gücləndirəcək”

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev ilə müsahibəni təqdim edir:
 
– Türkiyədə baş vermiş məlum olaylar regionda baş verəcək gələcək hadisələrə necə təsir edəcək?
– Dünən Prezident Ərdoğan toplantıda canlı çıxış edirdi, çox açıq şəkildə ABŞ və Avropa Birliyini hədəfə almışdı. Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı ABŞ-ın və AB-nin məlum hadisələrə qərəzli yanaşmasını açıq ifadə etdi və sərt reaksiya verdi. Hazırda ABŞ və AB mətbuatında anti-Ərdoğan təbliğatı aparılmaqla, bir növ siyasi körpüləri yandırırlar, geriyə yol qoymurlar. Belə olan təqdirdə ABŞ hakimiyyəti yaxın gələcəkdə işğal etdiyi Ərəb ölkələri vasitəsi ilə Türkiyənin siyasi hakimiyyətinə təziyqləri başlayacaq, erməni soyqırım məsələsini gündəmə gətirəcək, hətta tanıtdıracaq. Bu proseslərə AB və Ukraynada qoşula bilər.
– Türkiyənin reaksiyası necə olacaq?
– Türkiyənin geriyə yolu yoxdur, prezident Ərdoğan gözəl anlayır ki, ABŞ və AB ona düşməndir, hər iki tərəf bu səpkidə təbliğat aparır, içtimai rəy formalaşdırırlar. Hər iki tərəfin, xüsusi ilə Türkiyənin strateji siyasi fəaliyyəti avqustun 9-da Sankt Peterburq şəhərində baş tutacaq Ərdoğan-Putin görüşündən sonra olacaq. Bu görüşü ABŞ rəsmiləri də ciddi nəzərdə saxlayır, kəşfiyyat orqanları fəaliyyətini bu istiqamətə yönəldib. Ərdoğanla Putin avqustun 9-dakı görüşdə razılığa gəlsələr, bununla dünyanın yeni siyasi oyunları başlayacaq. Birinci mərhələdə NATO-Türkiyə münasibətləri, İncillik bazasının bağlanması, paralel olaraq Türkiyənin Avrasiya Birliyinə inteqrasiya məsələsi gündəmə gələcək. Türkiyədə baş vermiş məlum hadisələr təkcə Türkiyəni deyil, ümumilikdə dünyanın siyasi xəritəsini dəyişə bilər.
– Azərbaycanda bəziləri idddia edirlər ki, Türkiyədə baş vermiş son çevriliş cəhdi prezident Ərdoğanın proyektidir…
– Bu fikiri səsləndirənlər dolayısı ilə terroru dəstəkləyirlər. Bu təbliğatı aparanların niyyəti Azərbaycan-Türkiyə münasibətlərinə ziyan vurmaqdan başqa bir şey deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button