2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putin Ərdoğanla görüşə bilər

Rusiya prezidenti Vladimir Putin bu həftə Türkiyə lideri Recep Tayyip Ərdoğanla görüşə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu xəbəri oktyabrın 10-da Kremlə istinadla Reuters agentliyi yayıb.

Xəbərdə deyilir ki, Rusiya və Türkiyə prezidentləri Rusiya ilə Qərb arasında danışıqlar üçün Ankaranın təklifini müzakirə edəcəklər.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Moskva Türkiyədə Qərblə Rusiya arasında danışıqların mümkünlüyü barədə heç bir siqnal almayıb.

Lakin Peskov Putinlə Ərdoğan arasında müzakirələri istisna etməyib.

Putin və Ərdoğanın bu həftə Qazaxıstana səfər edəcəkləri gözlənilir.

Qərb və Rusiya arasında münasibətlər Moskvanın Ukraynaya müdaxiləsindən bəri gərginləşməkdə davam edir.

Krımı Rusiya ilə birləşdirən Kerç körpüsünün partladılmasının ardınca Rusiya Ukrayna şəhərlərini ağır raket atəşinə tutub.

Türkiyə həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlərini qoruyub saxlamağa çalışır.

Ankara ötən iyul ayında Ukrayna taxılının Qara dənizlə ixracına dair Rusiya ilə razılaşma əldə edə bilmişdi.

Ərdoğan sentyabr ayında Putini gərginlıiyi azaltmağa və Kiyevlə danışıqlara çağırmışdı.

ABŞ prezidenti Co Bayden oktyabrın 10-da deyib ki, Rusiyanın Ukraynaya cavab zərbələri Putinin Ukraynada apardığı müharibənin “qəddarlığını” nümayiş etdirib:

“Birləşmiş Ştatlar bugün Rusiyanın Kiyev də daxil Ukrayna boyunca raket zərbələrini pisləyir. Bu hücumlar mülkiləri öldürüb və yaralayıb, habelə hərbi məqsədlərlə əlaqəsi olmayan hədəfləri dağıdıb. Bunlar cənab Putinin Ukrayna xalqı ilə qanunsuz müharibəsinin dəhşətli qəddarlığını bir daha nümayiş etdirib”.

Baydenin bu bəyanatından sonra Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Birləşmiş Ştatları mümkün danışıqlara mane olmaqda ittiham edib:

“Biz bir daha, xüsusən də Amerika tərəfi üçün təkrar edirik: Bizim Ukraynada qarşımıza qoyduğumuz vəzifələr yerinə yetiriləcək. Rusiya diplomatiyaya açıqdır və şərtlər də məlumdur. Vaşinqton Kiyevin davakar əhvalını dəstəklədikcə və Ukrayna sabotajçılarının terrorçu hərəkətlərinə mane olmaqdansa onlara həvəsləndirdikcə, diplomatik həllərin tapılması bir o qədər çətin olacaq”.

24 saat” “
Putin Ərdoğanla görüşə bilər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button