2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Putin 2018-də namizədliyini verib-verməyəcəyini ‘hələ bilmir’

Vladimir Putin daha 6 il müddətinə dövlət başçısı olmaq məqsədilə 2018-ci ilin martında keçiriləcək prezident seçkisində iştirak edib-etməyəcəyi barədə qəti bəyanat verməkdən imtina edib.

Mayın 15-də Pekində kerçirilən tədbirdə Putin “Komsomolskaya Pravda” qəzeti müxbirinin “namizədliyinizi verib-verməyəcəyinizi artıq bilirsinizmi” sualına “yox” cavabı verib.

Saytların yığılması Saytlarin yigilmasi

64 yaşlı Putin baş nazir və ya prezident rolunda ölkəyə 1999-cu ildən rəhbərlik edir.

Onun bu seçkidə iştirak edəcəyi, əlbəttə,gözlənilir, üstəlik hazırkı siyasi populyarlığı və media üzərində tam nəzarəti ona bu seçkidə inamla qalib gəlmək üçün bütün şansları verir.

Rusiya parlamentində hakim fraksiya olan Vahid Rusiya hazırda seçkinin bir həftə əvvələ – 2018-ci ilin 18 martına keçirilməsi üçün qanunvericilik aktının hazırlanması ilə məşğuldur. Həmin gün Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasının ilhaq olunduğunu günü qeyd edəcək.

Antikorrupsiya fəalı və müxalifət lideri Aleksey Navalnı prezident seçkisinə namizədliyini verəcəyini bəyan edib, lakin o, üzərinə Kremlin tapşırığı ilə qoyulmuş cinayət məsuliyyətinə görə seçkiyə buraxılmaya bilər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button