2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Putin ABŞ-a ‘seçkilərə qarışmamaq paktı’ təklif edib


Rusiya prezidenti Vladimir Putin Moskva və Vaşinqton arasında bir-birlərinin seçkilərinə kibermüdaxilə edilməməsi barədə yeni sazişin imzalanmasına çağırıb.

Putin sentyabrın 25-də verdiyi bəyanatda deyib ki, “Rusiya və Birləşmiş Ştatlar arasında kiberfəzada insidentlərin qarşısının alınması üçün razılaşmaya ehtiyac var”.

Putinin bu bəyanatından əvvəl ABŞ-ın kəşfiyyat orqanları Rusiyanın noyabrın 3-də keçiriləcək Amerika seçkilərinə müdaxiləyə çalışdığını bildirmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bu da qeyd olunur ki, bu, Moskvanın ABŞ seçkisinə ilk müdaxilə cəhdi deyil.

ABŞ kəşfiyyatı bildirmişdi ki, Rusiya 2016-cı il ABŞ prezident seçkisinə namizəd Donald Trump-a dəstək və onun rəqibi, demokrat Hillary Clinton-un gözdən salınması məqsədilə müdaxilə cəhdləri edib.

Moskva bu ittihamları rədd edir.

 

Rəqəmsal sferada qarşıdurma

Trump hazırda ikinci müddətə prezident seçilmək üçün demokrat Joe Biden-lə yarışdadır.

Rusiya noyabrın 3-də keçiriləcək ABŞ prezident seçkisinə müdaxiləyə çalışmadığını bildirib.

Putin deyib ki, “zəmanəmizin ən böyük strateji problemlərindən biri də rəqəmsal sferada genişmiqyaslı qarşıdurmadır”.

Rusiya prezidenti bildirib ki, Moskva informasiya və kommunikasiyalar sahəsində münasibətlərin yenidən qurulması üçün Vaşinqtona bir daha müraciət edib.

 

Moskva isə elə hey “cəfəngiyyatdır” deyir

Facebook sentyabrın 24-də bildirmişdi ki, o Rusiya kəşfiyyatına bağlı olduğu düşünülən saxta hesabların 3 şəbəkəsini bloklayıb.

Sosial media şirkəti bəyan etmişdi ki, bu şəbəkələr qarşıdan gələn ABŞ seçkisini pozmaq məqsədilə hakerlik yolu ilə oğurlanmış sənədləri sızdırmaq üçün yaradılıb.

Facebook qeyd edirdi ki, saxta kimliklərdən istifadə səbəbilə bağlanmış hesablar Rusiya kəşfiyyatı və Sankt Peterburqdakı “troll fabriki” ilə bağlıdır.

Rəsmi adı İnternet Tədqiqatları Agentliyi olan bu qurum 2016-cı il ABŞ seçkisinə müdaxilədə ittiham olunub.

Microsoft iki həftə bundan əvvəl bildirmişdi ki, Rusiya, İran və Çinə bağlı hakerlər həm Trump, həm də Biden-dən casusluq etməyə çalışırlar.

Rusiya və Çin bu ittihamları rədd edib.

Reuters agentliyi sentyabrın 9-da bildirmişdi ki, Microsoft Biden-in seçki kampaniyasının əsas məsləhət firmlarından birinə Rusiya dövlətinə bağlı hakerlər tərəfindən hədəflənməsi barədə xəbərdarlıq etmişdi.

Kreml bu xəbəri “cəfəngiyyat” adlandırmışdı.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button